"Eurovision"da gərginlik: müğənninin ifası zamanı canlı yayıma müdaxilə olub

img

16-05-2025 [07:39]


İsveçrənin Bazel şəhərində keçirilən Eurovision Mahnı Müsabiqəsinin məşqləri zamanı İsrailə etiraz təşkilatçıları qabaqlayıcı tədbirə məcbur edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, məşq və çıxışlar zamanı İsrailə etiraz səbəbindən canlı yayımda etirazçıların səsi "boğulub", tamaşaçı zalı nümayiş olunmayıb.

Belə ki, ikinci yarımfinalında səhnəyə çıxan israilli müğənni Yuval Rafaelin yalnız səsi efirə verilib, etirazşılar və zaldakı Fələstinbayraqları isə göstərilməyib.

Sosial mediada sürətlə yayılan kadrlardan görünür ki, israilli müğənni Rafael məşq edərkən tamaşaçılardan şüarlar ssələnir və Fələstin bayraqları açılıb. Bildirilib ki, müsabiqə təşkilatçıları Fələstin bayraqları daşıyanları təhlükəsizlik səbəbilə ərazidən uzaqlaşdırıblar.

Yeri gəlmişkən,  müğənni Rafael mayın 17-də keçiriləcək möhtəşəm finalda yarışacaq.

Xatırladaq ki, 16 ölkənin səhnəyə çıxdığı ikinci yarımfinalda Litva, İsrail, Ermənistan, Danimarka, Avstriya, Lüksemburq, Finlandiya, Latviya, Malta və Yunanıstan böyük finala yüksəlib, Avstraliya, Monteneqro, İrlandiya, Latviya, Gürcüstan, Çexiya və Serbiya isə yarışla vidalaşıb.

Mayın 17-də isə final keçiriləcək.

Ləman
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR