Daha 2 jurnalist həlak olub

img

15-05-2025 [22:15]


Bu gün İsrail ordusunun Qəzza zolağına hücumları nəticəsində daha iki media mənsubu həyatı ilə vidalaşıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Qəzzadakı hökumət bəyanat yayıb.

Bildirilib ki, bu gün Xan Yunus şəhərinin bombalanması zamanı "Əqsanın Səsi" radiosunun əməkdaşı, jurnalist Həsən Merzuk Sammur  ailə üzvləri ilə birlikdə həlak olub: "Onunla yanaşı, "Quds News Network"in əməkdaşı Əhməd Ənvər Əbdülhadi əl-Xalunun da həmin bölgədəki digər səmtinbombalanması zamanı həyatı ilə vidalaşıb..."

Xəbərdə qeyd olunub ki, bununla da 7 oktyabr 2023-cü ildən bu yana Qəzzada öldürülən media mənsublarının sayı 217-yə yüksəlib.

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR