Ərlə arvad bir-birinin maşınını etibarnaməsiz sürə bilər? - Sürücü "hə", DYP "yox", bəs, Konstitusiya Məhkəməsi nə deyir?
16-05-2025 [10:49]
Həftəsonu Milli Məclisin yanından keçəndə DYP-nin əməkdaşı avtomobilimi saxladı. Sənədlərimi yoxlayanda sürdüyüm maşının öz adıma qeydiyyatda olmadığını görüncə, etibarnamə tələb etdi.
Mən də maşının sahibinin – həyat yoldaşımın yanımda oturduğunu bildirdim. O isə xatırlatdı ki, əgər maşının sahibi yanımda olmasaydı cərimə olunacaqdım. Söhbətin nədən getdiyini bilsəm də son 5 ildə ilk dəfə idi məni saxlayan DYP işçisindən bu addımı görürdüm. Vəziyyətdən istifadə edib məsələnin dərinliyinə getməyə qərar verdim. Aramızda müzakirə (fikir mübadiləsi də demək olar) başladı. Mən maşının birgə nikah dövründə alındığı üçün birgə mülkiyyət olduğunu əsas gətirərək nikah sənədinin olduğu halda etibarnaməyə ehtiyac olmadığını və bu fikrin notariuslar tərəfindən də təsdiq edildiyini (əslində bu təklif bizə onlardan gəlmişdi), bu vaxta qədər digər DYP əməkdaşları tərəfindən bu məsələnin qaldırılmadığını bildirdim. Polis müfəttişi isə İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə istinad edərək bunun üçün 40 manat cərimə nəzərdə tutulduğunu bildirdi. Üstəlik fikrini gücləndirmək üçün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərlinin bununla bağlı youtube kanalındakı açıqlamasını göstərdi. Təxminən 15-20 dəqiqəlik müzakirənin nəticəsi olaraq sonda polis əməkdaşını çətinliklədə olsa haqlı olduğuma inandıra bildim.
Ancaq evə gələn kimi məsələ ilə bağlı araşdırma aparmağa başladım. Məlum oldu ki, analoji problemlə bağlı Gəncə Şəhər Məhkəməsinin müraciəti əsasında Konstitusiya Məhkəməsi bu işə baxıb və 24 iyul 2023-cü il tarixində bununla bağlı qərar verib. Qərar “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin I hissəsinin 1-ci bəndi ilə əlaqəli şəkildə şərh olunmasına dair” adlanır.
Deməli, 2 noyabr 2022-ci il tarixində Gəncə şəhər sakini A.Səfərov analoji vəziyyətlə üzləşib və o, Gəncə Şəhər DYP-sinin inspektoru tərəfindən İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi əsasında cərimə olunub. A.Səfərov həmin qərardan Gəncə Şəhər Məhkəməsinə şikayət verib. Şikayət onunla əsaslandırılıb ki, o, idarə etdiyi maşını birgə nikah dövründə alıb və buna görə nikah haqqında şəhadətnaməni DYP əməkdaşına göstərsə də faydası olmayıb. A.Səfərov Ailə Məcəlləsinin 33.1-ci və Mülki Məcəllənin 225-ci maddələrinə istinad edərək məhkəmədən qeyd olunan qərarın ləğv edilməsini xahiş edib.
Həqiqətən də Gəncə şəhər sakininin ərizəsində göstərdiyi arqument güclüdür. Çünki ər-arvaddan birinin adına nikah dövründə əldə edilmiş əmlakın onların ümumi birgə mülkiyyəti olması prezumpsiyası mövcuddur. Ailə Məcəlləsinin 32.1-ci maddəsinə müvafiq olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ailə Məcəlləsinin 33.2-ci maddəsinə görə isə ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Müraciətedən hesab edir ki, sadalanan normalarda ər-arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququnun qarşılıqlı razılıq əsasında həyata keçirilməsi müəyyən edilmiş, həmin razılığın forması ilə bağlı isə qanunvericilikdə hər hansı tələb irəli sürülməyib. (Ailə Məcəlləsinin 33.4-cü maddəsindəki hal istisna edilməklə).
Konstitusiya Məhkəməsinin Plenumu qanunvericilikdə qeyd edilən anlayışların izahını verməklə yanaşı tövsiyələr verib. Məhkəmə Milli Məclisinə tövsiyə edib ki, nəqliyyat vasitəsinin mülkiyyətçisi olmayan şəxsin nəqliyyat vasitəsini idarə etməsi üçün etibarnamənin zəruriliyi tələbinin müvafiq qanunvericilikdə aradan qaldırılsın. Eyni zamanda digər tövsiyədə qeyd edilir ki, İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə müəyyən edilən inzibati məsuliyyət tətbiq ediləndə ər-arvadın ümumi mülkiyyət hüququna dair şəhadətnaməsinin olduğu hallar istisna edilsin.
Göründüyü kimi, Konstitusiya Məhkəməsinin qərarında 2 ilə yaxın vaxt keçsə də Milli Məclis tərəfindən bu istiqamətdə hər hansı addım atılmayıb. DYP isə bu vəziyyətdən istifadə edərək cərimə rıçaqlarından istifadə edir. Ümid edək mətbuat bu məsələni gündəmdə saxlayacaq və parlamentdən bunu öyrənəcək.
Samir Əliyev
İqtisadşı ekspert
MİA.AZ
Prezident İlham Əliyev Ərdoğanla görüşüb - VİDEO
Cahangir Əsgərov "Premium Bank" ASC-nin əsas səhmdarı olub
İlham Əliyev Tiranada - Prezident “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısına qatılıb (Yenilənib)
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Milli Məclisin növbəti plenar iclasının vaxtı bəlli oldu
Prezident İlham Əliyev Avropa İttifaqı rəhbərləri ilə görüşüb - Nələr müzakirə olunub* + FOTOLAR
Sənan Hüseynov Türk Ədəbiyyatı Vəqfinin Fəxri üzvü seçilib - FOTO
Cinayət-Prosessual Məcəlləsi dəyişdi - Bank hesablarından oğurluq hallarına 24 saat ərzində baxılacaq
Abortla bağlı cəzalar sərtləşəcək - Yeni qanun
“Fənərbağça” daha bir futbolçu ilə müqaviləni yeniləyib - Açıqlama
Şəhid Yusif Məmmədov dəfn olunub - Sumqayıtda
General Milli Məclisdə hesabat verdi - İnsan alveri ilə bağlı
Sabahın hava proqnozu açıqlanıb
“Əmək pensiyaları haqqında” qanun dəyişdi - Əlavələr var
Deputat: "Bu uşaqlar dərhal valideynindən alınmalıdır"
Universitetdə protest: tələbələrlə professor bir-birinə "girdi" - "Siz necə pedofili müdafiə edirsiniz?"(VİDEO)
İsrail gecəboyu Qəzzanı bombalayıb - 100-dən çox ölü var
Sahil Babayev Bakı Şəhər İcra Hakimiyyətini yoxlatdırır
Özü icra başçısının müavini, atası rəis... - Şirvanda yaşıllıq ərazini kim "hamarlayır"? + VİDEO
"Kontakhome"nin sahibinin 300 min manata görə adam öldürən dayısı və kürəkən haqqında qərar verildi - Məhkəmə işi
Ərlə arvad bir-birinin maşınını etibarnaməsiz sürə bilər? - Sürücü "hə", DYP "yox", bəs, Konstitusiya Məhkəməsi nə deyir?
Nazir icra başçısına əsəbiləşib, yoxsa... - Özünü sürətlə arıqladan Məcnun Məmmədovla bağlı maraqlı məlumat yayıldı (FOTOLAR)
Deputatdan müsahibə: "Kimdənsə asılı olmaq mənlik deyil" - "Lap tutaq ki, 5 min manat maaş alıram, o pulla necə maşın alım?"
Şəhid Muxtar Məmmədov Sədərəkdə dəfn olunub - FOTOLAR
Azərbaycan nefti 2.5 dollar ucuzlaşdı
"Kişidir də, nə qədər eyni qadınla yaşayacaq? - "Yaşar Nuri ölən kimi Prezident təqaüdü kəsildi" (MÜSAHİBƏ)
Tədris Cərrahiyyə Klinikası ilə deputatın şirkəti arasında sövdələşmə - 1.2 milyonluq dərman...
Gəncədə restoranda bıçaqlanma hadisəsi olub
27 dollara "saxta əlyazma" adıyla alınan sənəd 1300 il əvvələ aid "Magna Carta" çıxdı - FOTO
Fəlsəfəsini unudan AHİK...
İSTANBULDA TARİXİ GÖRÜŞ: Rusiya və Ukrayna bu gün kartlarını paylaşacaq - "Biz qarşı tərəflə bu barədə üz-üzə danışacağıq"
FTB-nin sabiq direktoru prezidentə sui-qəsd çağırışı edib? - 86 47 rəqəmi və bir cümlə ölkəni qarışdırdı
Eşqi Bağırovun himayə etdiyi Arslan Hacıyev kimdir?
Rəsmi Tehran: "Mətbuatda deyilənlərlə masada elan edilənlər eyni deyil" - "Heç bir nüvə obyektinin bağlanmasından söhbət gedə bilməz”
İtaliya danimarkalı islam düşmənini deport elədi
“Avroviziya”: bu ölkələr mərhələ adlayıb - SİYAHI
Türk aktrisa Kann Film Festivalında - Geyimi diqqət çəkib + FOTO
Hakan Fidan Putinin müşaviri ilə müzakirə aparıb