Polşadan Rusiyaya ağır ittiham: "Ticarət mərkəzini rus kəşfiyyatı yandırıb"

img

12-05-2025 [09:02]


"Ötən il paytaxt Varşavada yerləşən "Marywilska 44" ticarət mərkəzindəki yanğını Rusiya kəşfiyyat bölmələri edib".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu şok iddia və ittihamı Polşanın baş naziri Donald Tusk açıqlayıb.

O, ticarət mərkəzindəki yanğının qəsdən olunduğunu və bunun ölkədə çaxnaşma yaratmağa xidmətə hesablandığını iddia edib: "Biz buna əminik. Artıq bu işin icraçıları saxlanılıb. Hadisədə "əli olan" digər cinayətkarların şəxsiyyətləri müəyyən olunub, onların tutulması üçün əməliyyat tədbirləri davam edir".

Xatırladaq ki, hadisə 12 may 2024-cü il tarixində Bialoleka ticarət mərkəzində baş verib.

Zülfiyyə Mustafayeva

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR