"Hamburq" Bundesliqaya yüksəldi, stadion qarışdı - 26 nəfər xəsarət alıb

img

12-05-2025 [09:07]


Almaniyanın "Hamburq" komandasının 7 ildən sonra yenidən Bundesliqaya yüksəlməsi faciəyə səbəb olub. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, final fitindən sonra azarkeşlərin meydançaya axını izdiham yaradıb.

Məlumata görə, nəticədə 26 nəfər ağır xəsarətlər alıb: "Bir nəfərin ölüm riski isə böyükdür...".

Qeyd edək ki, "Bundesliqa 2"nin 33-cü turunda "Hamburq" öz meydanında "SSV Ulm 1846"nı 6-1 hesabı ilə məğlub edərək əsas liqaya yüksəlib. Hadisə də bu oyunun final fitindən dərhal sonra yaşanıb. Polis hətta "Hamburq" azarkeşlərinin paltardəyişmə otağına girməsinin qarşısını çətibliklə alıb.

Onu da qeyd edək ki, liqanın bitiminə bir oyun qalmış “Hamburq” 59 xalla liderdir. Komanda “Köln”dən 1 xal öndədir.

Fərid ASLAN
Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA