Bu gün magistraturalara qəbul imtahanı keçirildi (Yenilənib)
11-05-2025 [14:15]
Dövlət İmtahan Mərkəzi bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (2-ci cəhd) keçirib.
Mia.az xəbər verir ki, imtahan Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 82 binada təşkil olunub.
İmtahan saat 10:00-da başlanıb və 3 saat 30 dəqiqə davam edib.
İlkin məlumatlara əsasən, imtahanda hər hansı pozuntu halı qeydə alınmayıb.
Mayın 12-dən etibarən DİM-də imtahan materiallarının emalına başlanılacaq. İmtahan nəticələri 2 mərhələdə elan olunacaq. Yaxın 3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq.
Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.
İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) düzgün cavabları ilə buradan tanış olmaq mümkündür.
İmtahanda iştirak edənlər test tapşırıqlarının izahını isə buradan əldə edə bilərlər.
***
Bu gün Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (II cəhd) keçirəcək.
Mia.az xəbər verir ki, imtahan respublikanın 7 şəhər və rayonunda – Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Abşeron, Mingəçevir və Lənkəranda, ümumilikdə 82 binada təşkil olunacaq.
İmtahan bütün binalarda eyni vaxtda – saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
Bildiyiniz kimi, imtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış hər kəs zalda olmalıdır.
İmtahanın müddəti 3 saat 30 dəqiqədir. İmtahanın başlandığı andan 3 saat sonra test tapşırıqlarının cavablandırılması üçün ayrılan vaxt başa çatır və cavab kartları zal nәzarәtçisi tәrәfindәn yığılır. Bundan sonra iştirakçılara yazı işi (esse) vәrәqlәri paylanılır. Esselərin yazılmasına 30 dəqiqə vaxt verilir.
İmtahan nəticələri 2 mərhələdə elan olunacaq. İmtahandan sonrakı 2-3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə esse tapşırıqları yoxlanıldıqdan sonra təqdim olunacaq.
İmtahan iştirakçıları “Yaddaş kitabçası” ilə buradan tanış ola bilərlər.
İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.
Məlumat üçün qeyd edək ki, ərizələrin qəbulu internet vasitəsilə 1 – 14 aprel tarixlərində aparılıb. İmtahanda iştirak etmək üçün 20549 bakalavr ərizə təqdim edib. Onlardan 19059 nəfər Azərbaycan bölməsi, 1490 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Bakalavrlardan 12743-ü cari ilin, 7806-si isə əvvəlki illərin məzunlarıdır, 51 nəfər xarici ölkə vətəndaşıdır.
Qəbul imtahanı Bakıda 59, Sumqayıtda 6, Abşeronda 4, Gəncədə 5, Naxçıvanda 2, Mingəçevirdə 4, Lənkəranda 2 binada təşkil olunacaq. Bakıda 15038, Naxçıvanda 567, Gəncədə 1255, Sumqayıtda 1532, Abşeronda 1060, Mingəçevirdə 705, Lənkəranda 392 bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 82 ümumi rəhbər, 232 imtahan rəhbəri, 1872 nəzarətçi, 273 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunacaq.
İmtahanda 18 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) bakalavr da iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli bakalavrların bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş bakalavrlar mayın 1‑dən etibarən DİM-in internet saytına daxil olub “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Burada iştirakçının imtahan verəcəyi şəhər, bina və digər məlumatlar qeyd olunur. İştirakçılar həmçinin my.gov.az portalı və ya "mygov" mobil tətbiqi vasitəsilə də buraxılış vərəqələrini çap edə bilərlər.
Bakalavrlar imtahana gələrkən aşağıda göstərilən sənədləri mütləq özləri ilə gətirməlidirlər:
- Şəxsiyyəti təsdiqləyən sənədin əslini;
- “İmtahana buraxılış vərəqəsi”ni.
Göstərilən sənədləri arasında uyğunsuzluq aşkarlanan, yaxud həmin sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaq.
Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri və mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binaları yoxlanılır, zallarda bakalavrların rahat imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə mayın 10-da imtahan mərkəzləri, zallar, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.
"Fənərbağça" ulduz futboçu üçün "PSJ"yə təklif göndərib
Qəzzada son 24 saatdakı itki açıqlandı
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir - FOTOLAR
ƏLİYEV-PAŞİNYAN GÖRÜŞÜ - Əbu-Dabidən gözlənti (TƏHLİL)
Fiaskoya uğrayan baramaçılıq: 32 dəfə az istehsal və... - "Cavabdeh qurumlar və şəxslər hesabat verməlidirlər"
İlham Əliyev BƏƏ-də - FOTOLAR (YENİLƏNİB)
Ali Koç futbol klubu alıb? - "Fənərbağça"dan açıqlama
"Qalatasaray" hücümçusunu icarəyə verib
"Benfika" yeni idman direktoru gətirib
Nikolo Zaniolo "Qalatasaray"da qalmaq istəyir
"Beşiktaş" sabah ilk yoldaşlıq matçına çıxacaq - TƏQVİM
"Beşiktaş" Orkun Kökçünü transfer edir
"Qalatasaray" Viktor Osimhenin transferini həll edir
XİN-dən sərt cavab gəldi: "İranın Ermənistandakı səfirinin iddiaları riyakarlıqdan başqa bir şey deyil"
AzTV-nin tender ləğv olundu - 440 min manatlıq...
DAHA BİR QHT SƏDRİNİN HƏBSİ... - Məhkəmədən qərar
Ali Məhkəmədə dəyirmi masa keçirilib
Bəşir Süleymanlının həbs müddəti... - Məhkəmə qərar verdi
Sabah hava necə olacaq? - Proqnoz
Mənsur Yavaş istefa anonsu verdi: "Əgər əsas məqsəd CHP-li bələdiyyə sədrlərinə mane olmaqdırsa..."
İsrail Qəzzanı yenə bombalayıb - 26 fələstinli həlak olub, aralarında uşaqlar da var
Məmməd Alpayın həbs müddəti uzadılıb
Pensiyalar ayın neçəsi veriləcək? - Açıqlama yayıldı
Daxili İşlər Nazirliyi sürücülərə xəbərdarlıq edib
Trampın səsi yazıldı: "Putinə dedim ki, Moskvanı yerləbir edənə qədər bombalayaram"
Azərbaycan və Qazaxıstan PUA-larla təlim keçirir - VİDEO
Netanyahu: "Qəzzada əməliyyatımız dayanmayacaq" - "HƏMAS bir daha burada mövcud olmayacaq"
Daha 28 azərbaycanlı Almaniyadan geri qaytarıldı - Açıqlama
Azərbaycan nefti bahalaşdı
Ağdam-Füzuli yolunda mikroavtobus aşıb - 20 nəfər xəsarətləri alıb
Iki eşşəyin arpasını bölə bilməyənlər... - Təbriz VƏFALI YAZIR
İqlim dəyişikliyi: Avropada bu səbəbdən ölənlərin sayı üç dəfə artıb
Qəzzada meningit halları çoxalıb - Azyaşlılar arasında
Texasda sel: 160-dan çox insan yoxa çıxıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramov: "Peşə bayramınız mübarək!"
Amerikalı "Fənərbağça"dan Atatürkün məşhur ifadəsiylə ayrıldı - FOTO
Türkiyənin ən güclü partiyası:... - Sorğu
Trampdan Putinə qarşı U dönüşü - Şahin Cəfərli yazır
Ceyhun Bayramovla Pakistan XİN başçısı arasında telefon danışığı olub - Nələr müzakirə edilib?
CHP-li bələdiyyələrdə "ov" davam edir
İngiltərədən yenidən super liqaya geri döndü