Azərbaycan paralimpiyaçıları 2025-ci ilin ilk yarısında 22 medal qazanıb - FOTOLAR
30-07-2025 [15:12]
“Azercell”in dəstəyi ilə paralimpiyaçılar beynəlxalq arenada ölkəmizi uğurla təmsil edirlər.
2025-ci ilin ilk 6 ayı ərzində Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin idmançıları “Azercell”in dəstəyi ilə müxtəlif beynəlxalq turnirlərdə yüksək nəticələr göstəriblər. Komanda 6 qızıl, 6 gümüş və 10 bürünc olmaqla ümumilikdə 22 medal, eləcə də 2 feyr-pley mükafatı qazanıb.
Əldə olunan nailiyyətlər sırasında beynəlxalq yarışlarda qazanılan uğurlar xüsusi önəm daşıyır. Aprel ayında Serbiyanın Zlatibor şəhərində keçirilən ISF U-15 Gimnaziada İdman Oyunlarında parabadminton və paraüzgüçülük üzrə yarışan idmançılar 3-ü qızıl olmaqla ümumilikdə 9 medal və 2 feyr-pley mükafatına layiq görülüblər.
May ayında Tbilisidə təşkil olunan parapauerliftinq üzrə Dünya Kubokunda milli komanda 3 qızıl və 3 gümüş medal qazanaraq fəxri kürsüyə yüksəlib. Həmin ay Fransada baş tutan Dünya Seriyasında paraüzgüçü Əli Vəliyev bir neçə məsafədə şəxsi rekordlarını yeniləyərək ilk dəfə 400 metr sərbəst üzmə yarışında iştirak edib.
Parabadminton üzrə milli komandamızın üzvü İbrahim Əliyev Misir və Bəhreyndə keçirilən beynəlxalq turnirlərdə 3 bürünc medala layiq görülüb. Daha bir bürünc medalı isə Aslan Ərcan Xorvatiyada təşkil olunan Parakarate üzrə Gənclər Kubokunda qazanıb.
Parataekvondo idmançılarımız da beynəlxalq arenada uğurla çıxış ediblər. Türkiyə və Çində baş tutan yarışlarda Sabir Zeynalov və Orxan Cəfərov bürünc, paralimpiya çempionu İmaməddin Xəlilov isə gümüş medal qazanıb. Qeyd edək ki, İmaməddin Xəlilovun idman karyerası barədə “Euronews” kanalı xüsusi reportaj hazırlayıb: https://www.youtube.com/watch?v=iFSjzu5LwCo
2025-ci ilin ilk yarısında paralimpiya hərəkatına yeni üzvlər də qoşulub. Vətən müharibəsi qazisi Polad Rzayev dağ xizəyi üzrə İtaliya və Fransada təşkil olunan təsnifat yarışlarında iştirak edərək Beynəlxalq Xizək və Snoubord Federasiyasının reytinq siyahısına daxil edilib.
“Azercell” Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi ilə uzunmüddətli tərəfdaşlıq çərçivəsində paralimpiya idman nailiyyətlərinin artırılması ilə yanaşı, həm də cəmiyyətdə inklüzivliyin və bərabər imkanların təşviqinə töhfə verir.
İlham Əliyev paraddan görüntülər paylaşdı - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakıda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
İsrail ordusu Suriyaya hücum edib - Yol nəzarətə götürülüb
Parada hansı ölkələrin rəsmiləri qatılıb? - SİYAHI
Azərbaycan, Türkiyə prezidentləri və Pakistanın Baş nazirinin üçtərəfli görüşü olub
Əliyev, Ərdoğan, Şərif... - Birgə nahar + FOTO
Direktor Regional Təhsil İdarəsini məhkəməyə verib
Əliyev, Ərdoğan və Şərif paradı izləyənlərlə belə sağollaşdı - VİDEO
Marneulidə biznesmenə xərac kəsmək istəyənlər saxlanıldı - Azərbaycanlılardan ibarət dəstə... (ANBAN VİDEO)
Ərdoğan paradda Məmməd Arazın şeirini oxudu - VİDEO
Hikmət Hacıyevdən paradla bağlı paylaşım - VİDEO
Ərdoğan Azərbaycana gəlib (YENİLƏNİB)
Prezident və xanımı Fəxri xiyabanda - FOTOLAR
Prezidentlə xanımı Şəhidlər xiyabanında - FOTOLAR
"PREZİDENT TELEFONDA DEDİ Kİ..." - Ceyhun Bayramov 5 il əvvəl Moskvada bağlı qapılar arxasındakı görüşün sirlərini açdı
Azərbaycan neftinin qiyməti 65 dollara qalxdı
8 noyabrda sizi nə gözləyir? - BÜRCLƏR
Mehriban Əliyeva: "Uca Tanrı xalqımızı və Vətənimizi qorusun!"
Bu gündən dörd günlük tətil başlayıb
BU GÜN ZƏFƏR GÜNÜDÜR - Paytaxtda parad keçiriləcək
Prezident elə görüntüləri paylaşdı ki... - VİDEO
45 hakim istefa verdi - Türkiyədə
İlham Əliyevdən Zəfər Günü ilə bağlı paylaşım - FOTO
Misli Premyer Liqasının “Zəfər turu” start götürdü - “Şamaxı” minimal hesabla qalib gəlib, Qəbələ” isə...
Türkiyədə qəza: 11 şagird xəsarət alıb
TÜRKİYƏDƏN SENSASİON QƏRAR - Netanyahu və yüksək vəzifəli şəxslər barədə həbs qərarı çıxarıldı (SİYAHI)
"İntellektual gənclər Azərbaycanın gələcəyidir” - Azad Manafl
QƏHRƏMAN BÖYÜDƏN ANA, GÜNÜN MÜBARƏK!
Türkiyədə 12 deputatın toxunulmazlığını ləğv etmək istəyirlər - İkisi partiya sədridir (SİYAHI)
DÇ-2026: Türkiyə - Bolqarıstan matçının biletləri satışdadır - Ən ucuz bilet 36 manatdır
Mauro İkardi: "Özünə baxa bilməyənlər adama yol göstərməyə çalışır"
Yaşar Güler Bakıya gəlib
ZƏFƏR GÜNÜMÜZ MÜBARƏK! - Vahid Tağıyev yazır
"Soruşdum ki, axı bu “mentor” nə deməkdir?" - Rəşad Məcid
Mosul Hava Limanı 11 il sonra açıldı
Nəsimidə “Abad həyət” sakinlərin istifadəsinə verildi - FOTOLAR
"Bakı Metropoliteni" gücləndirilmiş iş rejiminə keçəcək