Meyxanaçı Ağamirzə: "Hər hansı birliyə üz tutsam, orada problem yaşamaram"

img

30-07-2025 [18:00]


"Yaxın günlərdə ittifaqların sayı arta, Azərbaycan Meyxanaçılar Birliyi yarana bilər".

Mia.az xəbər verir ki, bunu Qaynarinfo-ya meyxanaçı Ağamirzə Məmmədov deyib.

O, həmkarlarının bir qurumda birləşməsini daha məqsədəuyğun hesab edir:

"Meyxanaçıların bəziləri Yazıçılar Birliyinə üzv olub. Amma mən heç bir quruma üzv olmamışam. Düşünürəm ki, hər hansı birliyə üz tutsam, orada problem yaşamaram. Fikrimcə, meyxanaçılar da bir qurumda birləşə bilər".

Meyxanaçı Ağamirzə Meyxanaçılar Birliyinin yaranmasının yaxşı bir ideya adlandırıb:

"Belə bir layihə ətrafında fikirləşməyə dəyər".


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA