Daha bir hərbçimizi itirdik

img

13-08-2014 [11:17]


Bu gün səhər saatlarında Abşeron rayonunda ağır yol qəzası baş verib. Abşeron rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə saat 08:14 radələrində Növxanı qəsəbəsi, "Lukoil” yanacaqdoldurma məntəqəsinin yanında baş verib.

Belə ki, 25 yaşlı Nicat Babazadənin idarə etdiyi "Opel” markalı avtomobil ilə "Pajero” markalı maşın toqquşub.

Qəza nəticəsində Nicat Babazadə dünyasını dəyişib. Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları çalışır.

Qeyd edək ki, Nicat Babazadə Daxili Qoşunların giziri olub.

Faktla bağlı araşdırma aparılır.(Ans)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA