Toya getdilər, plovdan zəhərləndilər

img

18-08-2014 [09:30]


Türkiyənin Afyonqarahisar vilayətində kütləvi zəhərlənmə baş verib.


ANS PRESS-in məlumatına görə, 51-i azyaşlı olmaqla, 83 nəfər toyda yediyi plovdan zəhərlənib.

Zərərçəkənlər başağrısı, ürəkbulanması, qusma və ishal şikayətləri ilə dərhal xəstəxanaya yerləşdiriliblər.

Həkim müdaxiləsindən sonra zəhərlənən şəxslər xəstəxanadan təxliyə ediliblər. Lakin 15 uşağın vəziyyəti daha ağır olduğu üçün xəstəxanada qalıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA