AZAL Hindistana reysini təxirə salıb

img

07-05-2025 [11:15]


"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan Hindistanın Mumbay şəhərinə həyata keçirməyi planlaşdırdığı 2-059 nömrəli reysi Pakistanın hava məkanının bağlı olması səbəbindən təxirə salıb.

Mia.az xəbər verir ki, uçuşların təhlükəsizliyi rəhbər tutularaq vəziyyət diqqətlə izlənilir və sərnişinlər yeniliklər barədə məlumatlandıracaq.

Bundan başqa, AZAL-ın Bakıdan Rusiyanın paytaxtı Moskvaya yerinə yetirilməsi planlaşdırılan J2-181 (“Domodedovo” aeroportu) və J2-807 (“Vnukovo” aeroportu) nömrəli reysləri təyinat məntəqəsində hava məkanının bağlı olması səbəbindən gecikir. Gecikən reyslərin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunublar. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA