Polis rəisi öldürüldü

img

13-08-2014 [04:25]


Liviyanın paytaxtı Tripolinin polis rəisi polkovnik Məhəmməd as-Suissi sui-qəsd qurbanı olub. 

ANS PRESS-in məlumatına görə, bu haqda ölkə hakimiyyəti bildirib. O, şəhər ətrafında keçirilən görüşdən qayıdarkən pusquya salınıb və öldürülüb. Polkovnik üsyançı, istefaya çıxmış general Xəlifə Xəftara tərəfdarı olub.

Xatırladaq ki, Liviyada istefaya göndərilmiş general Xəlifə Xəftarın tabeçiliyində olan ordu qüvvələri və digər silahlı dəstələr arasında genişmiqyaslı döyüşlər gedir.

Ölkə mediası yazır ki, Liviya artıq tam xaos vəziyyətinə yaxınlaşır, yüzlərlə liviyalı ölkənin daxilində silahlı qrupların qarşıdurmasının qurbanı olur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA