Ağır Cinayətlər Məhkəməsində şok olay: məhkum özünü doğradı

img

12-08-2014 [17:32]


Bir neçə dəqiqə əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxslərdən biri hökm oxunduqdan sonra özünü doğrayıb.

Virtualaz.org saytının məhkəmə binasında olan müxbiri xəbər verir ki, bir neçə dəqiqə əvvəl başa çatan məhkəmə prosesindən sonra artıq məhkum olan Məmmədov Seymur Həmzə oğlu özünü doğrayıb.

Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə S.Məmmədova 14 il 6 ay iş verilib. Məhkəmə salonundan çıxarılan zaman S.Məmmdov özünü doğrayıb.

S.Məmmədovun vəkili Nüşabə Ağayeva bildirib ki, təcili yardım maşını çağırmaq istəyiblər. Lakin ona S.Məmmədovun vəziyyətinin yaxşı olduğunu və təcili yardıma ehtiyac olmadığını söyləyiblər.

14 il 6 ay iş alan məhkumun Murad adlı qardaşı da xuliqanlıq əməli törətdiyindən 4 il azadlıqdan məhrum edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA