Qarabağ döyüşçüsünü və atasını döydülər, amma polis işə baxmır – Usubova şikayət

img

07-08-2014 [17:15]


Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, F.Rüstəmov küçəsi, ev 44 ünvanda yaşayan Qarabağ müharibəsi veteranı Əmiraslanov Niyaz Vəli oğlu Daxili işlər naziri, polis general-polkovniki Ramil Usubovla  Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis general-mayoru Sərvər Mehrəliyevə şikayət yazıb.

Mia.az-a daxil olan şşikayət məktubunda Niyaz Mehrəliyev bildirir ki, 1988-cı ildə ailəsi birlikdə Ermənistan Respublikasndan qaçqın düşərək yuxarıda göstərilən ünvanda məskunlaşmıblar: 

«Mən və qardaşım Adil Əmiraslanov ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə iştirak etmişik. Qardaşım Ağdam, Ağdərə istiqamətində, mən özüm isə Laçın bölgəsində ön cəbhədə olmuş, keçirilən hərbi əməliyyatlarda döyüşmüşük. Atam Əmiraslanov Vəli Böyük Vətən müharibəsi zamanı arxa cəbhə veteranıdır. 

Gördüyünüz kimi biz xalq və Vətən üçün əlimizdən gələnləri əsirgəməmişik. Lakin iş adamı Azad İsmayılov bizim bu ölkədə yaşamağımızı bizlərə haram edib. Cəzasızlıq şəraitində ağlına nə gəlir, nə istəyir onu da edir. Az qalıb ki, nəfəs almağımıza da imkan verməsin. Dəfələrlə onun bu qanunsuzluqlarına və başımıza açdığı oyunlarla bağlı müfaviq qurumlara müraciət etsək də heç bır tədbir görülmədi. Bundan iştahlanan Azad İsmayılov 17 yanvar 2014-cü il tarixdə azğınlaşaraq "Riyad” Mühafizə Xidmətinin əməkdaşları vasitəsi ilə evimizə hücum çəkdirmiş, ailəmin gözü qarşısında məni və atamı döydürüb. Nəticədə biz müxtəlif bədən xəsarətləri almışıq. Atamın qolu sındırımışdır. Bununla bağlı 20 yanvar 2014-cü ildə Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölıməsinə şikayət ərizəsi versək də, bu günədək ərizəmə baxılmayıb. Beş aydan artıqdır ki, Binəqədi RPİ-yə ayaq döysəm də, şikayətimin baxılması qulaq ardına vurulur. Artıq 5-ci müstəntiqdir ki, ərizəm onun qovluğunda bir küncə atılıb qalır. Müstəntiq Qarayev Elşən işə baxmır, onun qəbuluna düşmək müşkül məsələyə çevrilib. Bu azmış kimi bizim günahkar çıxarılmağımıza cəhd göstərilir. Bütün bunları nəzrə alaraq Sizdən xahiş edirəm: Mənim və atam Əmiraslanov Vəli Məhəmməd oğlunun iş adamı Azad İsmayılovun təhriki və sifarişi əsasında "Riyad” mühafizə xidmətinin əməkdaşları tərəfindən döyülməyimlə bağlı 20 yanvar 2014-cü il tarixində Binəqədi RPİ-yə verdiyim şikayət ərizəsi araşdırılsın və künahkarlar cinayət məsuliyyətinə cəlb edilsinlər. Eyni zamanda tutduğu vəzifədə səhlənkarlığa və məsuliyyətsizliyə yol verdiyinə görə Binəqədi RPİ-nin müstəntiqi, polis kapitanı Qarayev Elşən barəsində müvafiq tədbir görülsün. Ümid edirəm ki, ərizəm diqqətə alınacaq».

Şikayətlə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA