Mənsur Məmmədovdan prezidentə şikayət olundu

img

12-08-2014 [13:01]



Göyçay rayonu Cəyirli kənd sakinləri icra başçısı Mənsur Məmmədovun özbaşınalıqları ilə bağlı ölkə prezidenti İlham Əliyevə şikayət ünvanlayıb. Şikayətçilər həmçinin prezidentdən onları qəbul etməsini xahiş edirlər.

PİA.AZ-a daxil olan şikayət məktubunda Cəyirli kənd sakinləri bildirir ki, Göyçay rayon İcra Hakimıyyətinin başçısı Mənsur Məmmədov onları qanunu əmlak pay torpaqlarına əl qoyub. Artıq bir neçə ildir ki, kənd sakinləri özlərinin pay torpaqlarından istifadə edə bilmirlər. Belə ki, Cəyirli bələdiyyəsinin sədri Fuad Nəbiyev və onun qardaşı, Cəyirli kənd icra nümayəndəsi Fərhad Nəbiyev (bir kənnddə iki qardaşın icra nümayəndəsi və bələdiyyə sədri vəzifələrini tutması analoqu olmayan qanunsuzluqdur. Red.) kəndlilərin pay torpaqlarını ayrı-ayrı adamlara satıblar. Hətta Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsinin sədri Nofəl Fərzəliyevin vasitəsi ilə həmin şəxslərə saxta sənədlər verib. Bütün bu özbaşınalıqların arxasında isə Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədovun dayandığı artıq sübut olunub.

Şikayətçilər qanuni əmlaklarını geri qaytarmaq üçün bütün məhkəmə instansiyalarından keçiblər. Nəhayət Ali Məhkəmə 06 .09.2012-ci il tarixli 2(102)-2617/2012 saylı qərarı ilə Cəyirli kənd sakinlərinin hüquqlarını bərpa edib və onları mübahisəli mülkiyyətin tam sahibi olaraq tanıyıb. Lakin aradan iki ildən artıq keçməsinə baxmayaraq, kəndlilər öz pay torpaqlarını əkə bilmirlər. Çünki icra başçısı Mənsur Məmmədov şikayətçilərə açıq şəkildə bildirib ki, bu məsələ ilə bağlı Ali Məhkəmə yox, ancaq o qərar verə bilər. Hazırda kənd sakinləri ölkə prezidenti ilə görüşmək və inanılmaz özbaşınalığı ortadan qaldırmaq məqsədi ilə Prezident Adminstrasiyasına müraciət ediblər.

Qeyd edək ki, vətəndaşların mülkiyyət toxunulmazlığı Azərbaycan Respublikasının Konstitutsiyasının əsas müddalarına aiddir.

Maraqlıdır, Azərbaycan Respublikasının Konstitusiasını və Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarını bir heç sayan və bu iki ali hüquq və ədalət qurumu üzərində öz iradəsinin mütləqliyini elan edən icra başçısı nəyə və kimə arxalanır?..

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

pia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA