09-08-2014 [23:25]
Xalq şairi Səməd Vurğunun yaradıcılığı və siyasi mövqeyi ilə bağlı Kulis.Az-da təşkil olunmuş debat saytımızın oxucuları arasında marağa səbəb olub.
Bu barədə fikirlərini bölüşən sabiq millət vəkili Alqış Həsənoğlu Səməd Vurğunla bağlı maraqlı faktlar açıqladı.
O, bildirdi ki, S.Vurğuna bəslənilən fərdi münasibətlər o qədər də narahatlıq doğurmamalıdır. Adətən aşağılamaq məqsədi güdən bu cür fikir sahibləri bütün dövrlərdə olub və bir çox tanınmış şəxsiyyətlərə belə münasibətlər göstərilib. Bu, əslində məğlub yaddaşların sterik tutmalarından yaranır.
"Ən qorxulusu odur ki, vaxtilə Səməd Vurğunu sovet konyukturasına necə uyğunlaşdırmaq istəyirdilərsə, indi də müstəqillik konyukturasına uyğunlaşdırmaq istəyirlər.” – söyləyən Alqış Həsənoğlu şairin Azərbaycanın müstəqilliyinə münasibəti ilə bağlı da maraqlı faktlar söylədi: "80-ci illərin ortaları idi, Qərbi Azərbaycanın Mehri rayonunun Aldərə kənd məktəbinin qarşısında Səməd Vurğunun büstünün açılış mərasimi keçirilirdi. Həmin məktəb Səməd Vurğunun adını daşıyırdı... Bakıdan Yusif Səmədoğlu, Aybəniz Vəkilova, Hidayət Orucov, Çingiz Əlioğlu və başqa tanınmış adamlar gəlmişdi. Tədbir olan gün axşam bizim evdə atam dostları ilə söhbət edirdi. Kimsə dedi ki, Səməd Vurğun yaxşı şair idi, ancaq istedadını bütövlükdə ideologiyaya həsr etdi. Onda atam qalxıb Səmədin bir kitabını gətirdi. Orda "Üsyan” adlı bir poema vardı və həmin poemada Elxan obrazının mübarizəsindən söhbət gedirdi. Poemada belə bir misra vardı:
Üç rəngli bayrağı doqqazdan asmış...
Beləliklə hamımız vaxtı ilə müstəqil Azərbaycanın üç rəngli bayrağının olduğunu Səməd Vurğundan öyrəndik!”
Alqış müəllim daha sonra bildirdi ki, həmin poemanı nədənsə Səməd Vurğunun latın qrafikası ilə çap olunan beşcildliyinə daxil etmədilər: "Mənə elə gəlir ki, Səməd Vurğunu Sərdar Cəlaloğlu, Hikmət Hacızadə kimi fərdlərin nifrətindənsə, konyuktur sevgidən qorumaq lazımdır. Çünki, o, bir qələm adamı olaraq heç bir konyukturaya sığmır. Səməd Vurğunu Səməd Vurğundan qorumağa ehtiyac yoxdur. Onun bütün əsərlərini olduğu kimi çap edib oxucunun müzakirəsinə buraxmaq lazımdır. Əminəm ki, ən ideoloji əsərindən də o, sənətkar kimi qalib çıxacaq”.
kulis.az
8 Mart – Beynəlxalq Qadınlar Günü haqqında 10 maraqlı fakt
AZƏRBAYCAN QADINI - Qulu AĞSƏS YAZIR
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR