"Məsələlər çox olduğundan gərgin işləməliyik" - Putin

img

09-08-2014 [23:13]


Rusiya prezidenti Vladimir Putin Ermənistan prezidenti Serj Sarkisyanla Soçidə görüşü zamanı Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.

ANS PRESS-in məlumatına görə, bu haqda Kremlin mətbuat xidməti xəbər yayıb.

"Təbii ki, bu gün müzakirə edəcəyimiz çox məsələlər var və biz onların hamısı haqda danışacağıq. Həmçinin Dağlıq Qarabağ probleminin çözülməsi yollarını da müzakirə edəcəyik. Gündəlikdə duran məsələlər çox olduğundan gərgin işləməliyik", - deyə Putin bildirib.

Rusiya prezidenti əlavə edib ki, rəsmi Moskva ilə İrəvanın münasibəti dostluq və strateji tellərlə bağlıdır. Ermənistanın Gömrük İttifaqına və Avrasiya İqtisadi Birliyinə qəbul edilmək üçün çıxartdığı qərar buna sübutdur. 

Xatırladaq ki, Vladimir Putin bundan öncə Azərbaycan prezidenti İlham Əliyevlə Dağlıq Qarabağ münaqişəsini müzakirə etmişdi. 

İlham Əliyev həmin görüşdə deyib ki, biz Putinlə bu problemin həll edilməsi yolları haqda danışdıq, çünki hamı bilir ki, bu münaqişə uzun müddətdir ki, həll edilməmiş halda qalır və onun tez bir zamanda həll edilməsi vacibdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA