Kanada ABŞ-dan ÜTT-yə şikayət edib

img

08-04-2025 [12:19]


Kanada ABŞ-ın Kanadadan idxal etdiyi avtomobillərə və avtomobil hissələrinə tətbiq etdiyi 25 faizlik rüsumla razılaşmaq niyyətində deyil.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Kanada artıq 25 faizlik rüsumla bağlı Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət məktubu ünvanlayıb.

Bildirilib ki, yaxın günlərdə Kanada rəsmiləri ilə ÜTT rəsmiləri arasında məsləhətləşmələr başlayacaq: "Kanada hesab edir, ABŞ-ın 25 faizlik tarifi 1994-cü ildə Tariflər və Ticarət üzrə Baş Sazişin bir sıra müddəalarını pozub. Və bu, məsələyə ÜTT müdaxilə etməlidir. Əgər məsləhətləşmələr 60 gün ərzində problemi həll edə bilməsə, o zaman danışıqların yükunu olaraq qərar qəbul ediləcək".

Lamiyə Əhmədli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA