"Azərsun Holdinq"ə məxsus supermarketlər şəbəkəsində yararsız məhsullar satılır? - VİDEO

img

06-04-2025 [18:01]


"AL Market"də köhnəlmiş konfetlər satışda – Yeni rəhbərlə köhnə problemlər davam edir

"Azərsun Holdinq"in törəmə müəssisəsi olan "AL Market" supermarketlər şəbəkəsində yararsız və köhnəlmiş konfetlərin satışa çıxarıldığı iddia olunur.

32gun.az-ın redaksiyasına daxil olan məlumata görə, "AL Market" şəbəkəsinin Nərimanov rayonundakı filialından alınan südlü Toffee konfetləri keyfiyyətsiz vəziyyətdədir. Müştərilər bildiriblər ki, konfetlər o qədər bərk və köhnəlib ki, nə əllə, nə də dişləməklə kəsmək mümkün deyil. Halbuki bu tip şirniyyatlar normada yumşaq olmalıdır.

Qeyd edək ki, "AL Market" mağazalar şəbəkəsinin rəhbəri Mühəmməd Zülfü Özçelikdir. O, bu vəzifəyə 2025-ci ilin fevral ayının sonunda təyin edilib.

Ayxan 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA