Cəbrayıl və və Naxçıvanda yeni stansiyalar tikiləcək

img

04-04-2025 [16:21]


Cəbrayılda 50 MVt gücündə “Üfüq” Günəş Elektrik Stansiyası (GES), 50 MVt gücündə “Şəms” GES layihələri üzrə İnvestisiya və Naxçıvanda 30 MVt gücündə GES layihəsi üzrə İcra Müqaviləsi imzalanıb.

Mia.az xəbər verir ki, bu barədə Energetika naziri Pərviz Şahbazov sosial media hesabında yazıb.

Nazir bildirib ki, bu stansiyalar sayəsində ümumilikdə illik 268 milyon kVt/saat elektrik enerjisi istehsalı, 59 milyon kubmetr qaza qənaət olunması və 128 milyon ton karbon emissiyasının azalması gözlənilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA