Saxlanılan aktyor ev dustaqlığına buraxıldı - FOTOLAR

img

03-04-2025 [18:58]


Türkiyədə boykot aksiyasına dəstək verdiyi üçün saxlanılan aktyor Cem Yiğit Üzümoğlu bu gün ev dustaqlığına buraxılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, cəmiyyətdə qəsdən nifrət və ayrı-seçkilik yaymaqda ittiham olunan aktyorun işinə bu gün İstanbul məhkəməsində baxılıb.

Məhkəmə Respublika Baş Prokurorluğu tərəfindən hazırlanan ittiham aktını incələyib:

"İttiham aktında hətta aktyorun “WhatsApp” qrupu yaradaraq məsləkdaşlarını aksiyaya dəvət etməsi yer alıb. Bunau nəzərə alaraq, məhkəmə istintaq müddətində onun ev dustaqlığına qalmasına qərar verib".

Qeyd edək ki, Cem Yiğit Üzümoğlunun məhkəməsinə xeyli tanınmış aktyor və aktrisa da gəliblər: "Onların arasında Ahmet Mümtaz Taylan və Kubilay Aka kimi məşhurlar da olub..."

Ləman
MİA.AZ


 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA