Veysəloğlu Şirkətlər Qrupu, MŞ və TŞİİB-lə birgə jurnalistlər üçün müsabiqəsinə start verdi - Şərtlər
03-04-2025 [12:01]
Veysəloğlu Şirkətlər Qrupu, Azərbaycan Mətbuat Şurası və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi media subyektlərinin (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu, TV və radio) təmsilçiləri arasında “Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusunda araşdırma müsabiqəsi keçirir.
Mia.az şirkətə istinadla şərtləri təqdim edir:
1. Müsabiqənin istiqamətləri
“Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusunda yaradıcılıq müsabiqəsi üzrə istiqamətlər aşağıdakılardır:
Şəbəkə marketləri, kiçik və orta bizneslərin inkişafı;
Yerli istehsalın və tədarükçülərin inkişafında şəbəkə marketlərinin rolu;
Logistikanın inkişafı və şəbəkə marketləri;
Şəbəkə marketlərinin qısa (və optimal) ərzaq tədarükü zəncirinin yaradılmasında rolu;
Şəbəkə marketləri və ərzaq təhlükəsizliyi;
İqtisadiyyatın dayanıqlı inkişafı və şəbəkə marketləri;
AQTA və digər requlyatorların şəbəkə marketlərinin inkişafında rolu;
Şəbəkə marketlərinin yeni iş yerlərinin (qadın və gənc) yaranmasında daşıdığı missiya;
Şəbəkə marketləri qeyri-neft sektorunda böyük vergi ödəyicisi kimi;
Şəbəkə marketlərinin və ölkədə investisiya mühiti;
Şəbəkə marketlərinin ərzaq təhlükəsizliyi və müştəri məmnuniyyətində rolu;
Şəbəkə marketlərinin iqtisadiyyatda tələb-təklif qanununun işləməsindəki rolu.
Yuxarıda sadalanan istiqamətlərə ayrı-ayrılıqda (konkret götürülməklə) və ümumi şəkildə (hamısı eyni müsabiqə materialında olmaqla) istinad edilə bilər.
2. Müsabiqə üzrə mükafatlandırma
Müsabiqə üzrə mükafatlandırma aşağıdakı qaydada aparılacaq:
• I yer – 3 nəfər – hər biri 1500 manat
• II yer – 3 nəfər – hər biri 1000 manat
• III yer – 3 nəfər – hər biri 800 manat
• Həvəsləndirici mükafat – 10 nəfər – hər biri 300 manat
Müsabiqə laureatlarının adları 2025-ci il may ayının ikinci ongünlüyündən gec olmayaraq açıqlanacaq.
3. Müsabiqə şərtləri
Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək:
• Mövzunun dolğun əhatə edilməsi səviyyəsinə;
• Faktlardan düzgün istifadə xüsusiyyətlərinə və araşdırmanın keyfiyyətinə;
• İfadə vasitələrinin zənginliyinə;
• Oxucu üçün informasiyalılıq dərəcəsinə;
• Qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisənin aparılmasına.
Müsabiqəyə 3 aprel 2025-ci il tarixindən 3 may 2025-ci il tarixinədək qəzet, jurnal və informasiya agentliklərində, xəbər saytlarında yayımlanmış, həmçinin telekanallarda efirə verilmiş videomateriallar, videoçarxlar, radiolarda səsləndirilmiş audiomateriallar buraxılacaq.
Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur. Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır. Telekanal və radio materialları 7 dəqiqəni keçməməlidir. Müsabiqə materiallarında Veysəloğlu Şirkətlər Qrupunun, Azərbaycan Mətbuat Şurasının və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin “Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur” qeydi yer almalıdır. Müsabiqə materialının yayımlandığı media subyekti media reyestrindən keçməlidir. Adı media reyestrində olmayan media subyektlərində yayımlanmış materiallar müsabiqə materialı kimi nəzərə alınmayacaq. Müsabiqə materialının müəllifi konkret media subyektində çalışmalı və material onun çalışdığı media subyektində yayımlanmalıdır.
4. Yazıların təqdim edilməsi
Müsabiqə üçün yazı və multimedia materiallarının təqdimatı 2 yolla aparılır – şəxsən və elektron qaydada.
Yazılar şəxsən təqdim edilərkən təqdimat zərfində yer almalıdır:
- müəllifin konkret media subyektində işləməsi və ya əməkdaşlıq etməsi barədə sənədin (vəsiqənin və ya media subyektindən arayışın) surəti;
- şəxsin şəxsiyyət vəsiqəsinin surəti;
- şəxsin əlaqə vasitələri – ev və iş telefonu, mobil telefonu;
- müsabiqə üçün verilmiş yazının dərc olunduğu qəzet və jurnalın 1 nüsxəsi, multimedia materialının diski;
- materialın yazılı formada A4 formatlı kağız vərəqində 3 nüsxəsi (nüsxələrdə müəllifinin adı göstərilməməlidir);
- diskdə materialın elektron forması (Times New Roman şriftində, müəllifin adı qeyd olunmaqla);
- yazı elektron media resursunda yayımlanıbsa, diskdə yazının linki göstərilməlidir.
Yazılar və multimedia materialları elektron qaydada təqdim edilərkən aşağıdakılar nəzərə alınmalıdır.
Təqdimatda yer almalıdır:
• Müsabiqə yazısı (“Word” faylında, imzasız);
• Müsabiqə yazısının yayımlandığı qəzetin, jurnalın nüsxəsi (PDF, JPG, yaxud “Word” faylında);
• Yazı elektron media resursunda, TV və ya radioda yayımlanıbsa, bunu təsdiqləyən “link” və sair vasitələr;
• Yazı və ya multimedia materialının müəllifinin şəxsiyyət vəsiqəsi, iş vəsiqəsi və ya əmək kitabçasından müəllifin KİV-də çalışdığını təsdiqləyən çıxarış (PDF, JPG, yaxud “Word” faylında);
• Yazı müəllifinin əlaqə vasitələri (PDF, JPG, yaxud “Word” faylında) əlavə olunmalıdır.
Müsabiqəyə yazılar və multimedia materialları [email protected] elektron ünvanına göndərilməlidir. Müsabiqə üçün materiallar həm şəxsən, həm də elektron poçt vasitəsilə 3 aprel 2025-ci il tarixdən 3 may 2025-ci il tarixinədək, həftənin iş günləri saat 11.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz, 4 ünvanında (əvvəlki Teymur Əliyev, 38 ünvanı) - Azərbaycan Mətbuat Şurasında qəbul ediləcək. Təqdimat prosesində müsabiqə şərtlərinin hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və yazı qəbul edilməyəcək.
Əlaqə: (+994 12) 441 35 96
Mobil/vatsap: (+994 50) 242 09 91, (+994 55) 789 85 03
Mikayıl Cabbarov: "Fədakar əməyiniz üçün təşəkkür edir və..."
Gürcüstanda etiraz aksiyasının təşkilatçıları saxlanılıb
Bakıda qardaş iki bacısını bıçaqlayıb
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Xalq artisti Rasim Balayevin nəvəsinin toyundan - VİDEO
Türkiyə derbisində iki qol, bir qırmızı kart... - "Qalatasaray" - "Beşiktaş" oyunu bitdi (Yenilənib)
Tramp HƏMAS-ı növbəti dəfə hədələyib: "Cəld ol, yoxsa..."
"Qarabağ" "Kəpəz"i məğlub etdi
Xəzər dənizində suyun səviyyəsinin düşməsində Rusiya izi... - TƏHLİL
Milli komandaya baş məşqçi təyinatı olub
Millimiz Rusiyaya məğlub olub
"Onlar demədi ki, məmurlardan kiminsə qapısını döyüm" - Sabiq nazir övladlarından danışdı (VİDEO)
"Bu suallara cavab vermək istəmirəm" - Cabir İmanovun atası və dostundan iddialara maraqlı reaksiya
Şair Əlisəmid Kürün vəziyyəti ağırlaşıb
Oqtay Şirəliyevlə vida mərasimi... - Baş nazir və nazirlər mərasimdə + FOTOLAR (Yenilənib)
Ukraynada dron hücumunda azərbaycanlı həlak olub
Nəsimi rayoununda Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirildi - FOTOLAR
Azərbaycanı millisi bürünc medal qazanıb
İrandan dəniz yolu ilə ölkəmizə 510 kiloqram keçirməyə cəhd olunub
"Tağıyev: Sona" filminin təqdimatı oldu - Arzu Əliyeva və dövlət rəsmiləri tədbirdə + FOTOLAR
Azərbaycan nefti bahalaşıb
Prezident İlham Əliyev iki bankın idarə edilməsi barədə fərman imzaladı - DƏYİŞİKLİK
Sabah hava necə olaacq? - Proqnoz
Prezident onların maaşını artırdı - Sərəncam
BU TƏLƏBƏLƏRƏ PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Sərəncam
Polkovnik Fuad Qasımov vəzifədən çıxarılıb
HƏMAS GERİ ÇƏKİLDİ, İSRAİL QƏZZADA SAVAŞI DAYANDIRDI: "İşğal planını saxladıq, bundan sonra..."
Təhsildə Yeni Çağırışlar VI Beynəlxalq Forumu keçirilir
Kür çayında bir nəfər boğulub
Alim Qasımov Kanadada konsert verib
DİN: "Bakıda qəzada üç nəfərin ölməsi, 7 nəfərin xəsarət alması ilə bağlı yayılan məlumatlar yanlışdır"
Prezidentdən Cəbrayılla bağlı paylaşım - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Rüşvət ittihamı ilə tutulan bələdiyyə sədri CHP-dən istefa verdi: "Məni gözdən çıxardılar"
"Neftçi" "Zirə" ilə heç-heçəyə razılaşıb
TRAMP ONLARA VAXT QOYDU: "İndiyə qədər görülməmiş qiyamət qopacaq"
"Bakcell" "İnnovasiyalar və süni intellekt" konfransının əsas tərəfdaşı oldu - FOTOLAR
Sosial şəbəkədə qeyri-etik paylaşımlar edən şəxs həbs olunub
Ərdoğanla Tramp telefonda danışdı - Nələr müzakirə olunub?
General-mayor Baba Salayevə birinci müavin təyin edilib
Dövlət Agentliyində traybalizm: qudaların eyni qurumda başqa vəzifələri də varmış (FOTO)
Sabiq səhiyyə naziri Oqtay Şirəliyev vəfat edib
Qəzzada aclıq: ölənlərin sayı 457-yə yüksəldi