İş görüşməsində 100/100 seçilmək istəyirsinizsə…
28-03-2025 [20:33]
Şirkət iş elanı paylaşır. Bəzi namizədlər şirkətin tələblərini oxuyur və müraciət edirlər.
Namizədlər düşünür ki, bütün tələblərə uyğundurlar, amma işə qəbul olunmurlar.
İş görüşməsinə gedərkən buraxılan səhvlər nələrdir? İş görüşməsinə getməmişdən əvvəl nələrə diqqət etməliyik?
Mia.az-ın məlumatına görə, İnsan Resursları üzrə nütəxəssis Asim Həsənov Valyuta.az-a bildirib ki, normalda iş elanı paylaşanda, bütün tələb və öhdəliklər qeyd olunur. Sadəcə yazı qabiliyyətimiz nə qədər güclü olsa da, sözləri, fikirləri tam iş elanının içərisinə yerləşdirmək olmur: “Burada iş axtaran zaman namizədlərin seçib-seçilməməyi ilə bağlı hər iki tərəfdə qarşılıqlı anlaşılmazlıqlar ola bilər. Məsələn, işə götürən tərəfdən bu anlaşılmazlıqlar o zaman yaranır ki, onların əksəriyyəti işə qəbul şöbələrində təcrübə proqramı müddətində könüllülük fəaliyyəti ilə məşğul olan işə qəbul üzrə mütəxəssislər olur. Onlar CV-ni mükəmməl şəkildə qiymətləndirə bilmirlər. Bu zaman namizəd uyğun olsa da, seçilməmək kimi ehtimal yaranır”.
CV işə qəbulun bir parçasıdır
Mütəxəssisin fikrincə, CV-nin necə hazırlanması da işə qəbulda önəmli rol oynaya bilər: “İndi CV-lər süni intellekt əsasında yoxlanılır. Bütün məlumatlar şirkətə gəlib toplandıqdan sonra süni intellektin bazasına yerləşdirilir və ən uyğun CV-lər onun içindən seçilir. Bəzən olur ki, namizəd CV-də göstərdiyi bacarığı səhv qeyd edir və bu zaman avtomatik müsahibəyə dəvət alır və keçilməmək səbəblərindən biri bu olur. Məsələn, elanda paylaşılır ki, hər hənsı bir tələb 100% lazımdır. Namizədlər müəyyən qədər biliyə arxalanaraq CV göndərirlər. Müsahibə dövründə peşəkar İşə qəbul üzrə mütəxəssisilə görüşdükdə bacarıqları yoxlanılır, qane olunmadıqda işə qəbul olunma alınmır”.
İş axtarının və şirkətin dəyərləri üst-üstə düşməlidir
Mütəxəssis deyir ki, iş axtaranların təkcə dil biliyi, təcrübəsi, hər hansı işi bacarması şirkətləri qane etmir: “İş axtaranın dəyərləri ilə şirkətin dəyərləri üst-üstə düşməlidir. Məsələn, iş axtaran dindar bir insandır, amma müraciət etdiyi şirkət içki istehsalı ilə məşğuldur. İş axtaran əvvəl şirkəti araşdırmır, sadəcə müraciət edir. Burada bütün tələblər üst-üstə düşsə də, dəyərlər məsələsi önə çıxır. Həmin dəyərlər üst-üstə düşmədiyinə görə alınmır. Əlavə nümunə gətirsək, yuyucu vasitələri istehsal edən bir şirkətə yuyucu vasitələrinə allergiyası olan birinin işə müraciəti düzgün olmaz. Yəni, namizəd istəsə belə həmin şirkətdə işləyə bilməz. Namizədin bilik və bacarıqları üst-üstə düşsə də, dəyərlər ortaq olmadıqca alınmama ehtimalı çoxalır. Ona görə də müraciət edəcəyiniz şirkəti araşdırmalısınız”.
Geyiminiz işinizi yansıtmalıdır
Mütəxəssis düşünür ki, iş görüşmələrində vacib faktorlardan biri geyim qaydasıdır: “Bütün iş görüşmələrində klassik geyinmək mütləq deyil. Burada önəmli olan geyimin, tərzin axtardığınız işi yansıtmasıdır. Məsələn, marketinq sahəsində çalışanın yaradıcı geyim tərzi olmalıdır. Mühasib, ofis meneceri işi üçün müraciət edirsinizsə, ciddi klassik geyimə, sadə makiyaja üstünlük verilməlidir. Bir digər vacib faktor isə namizədlərin müsahibəyə gecikməsidir. Namizədlər iş görüşməsinə müəyyən vaxt aralığında dəvət olunurlar. Ona görə də əvvəlcədən gedəcəyi yeri, lokasiyanı öyrənməlidirlər ki, müsahibəyə gecikməsinlər. Çünki gecikmək işə qəbul edən tərəfdə mənfi fikir yaradır”.
100/100 seçilmək istəyirsinizsə…
A.Həsənov qeyd etdi ki, müasir dövrdə elanda qeyd olunan tələblər, bacarıqlar bizdə olsa da, bütün öhdəlikləri ödəyə bilsək də, seçilməmə şansımız daima var: “Çünki hər gün texnologiya inkişaf edir. Yeni biliklər meydana çıxır və bizdən yeni bacarıqlar tələb olunur. Əgər iş görüşündə 100/100 seçilmək istəyirsinizsə, müraciət etdiyiniz işdən, işin tələb etdiyi bacarıqlardan bir pillə artıq bacarıq və biliyiniz olmalıdır. Məsələn, sizdən “Word” proqramında işləmək tələb olunursa, “Excel”də də işləməyi bacarmalısınız. Təkcə işin tələblərinə uyğun namizəd olmaq kifayət etmir, burada şirkətə müəyyən bir qatqı verməlisiniz. Bilikləriniz nə qədər çoxdursa, həmin şirkətə nə qədər dəyər qata biləcəksinizsə, o şirkəti nə qədər inkişaf etdirə biləcəksinizsə, seçilmə ehtimalınız o zaman yaranacaq. Sadəcə tələbləri ödəmək xüsusi bir üstünlük vermir”.
Tahir Kərimliyə ağır itki üz verib
ABŞ Suriyada 5 ardıcıl əməliyyat keçirib
Türkiyədə həbs edilən futbolçunun xanımı: "Onu 30 il cəza alanlarla bir yerdə niyə saxlayırlar?"
Türkiyə Kuboku: "Alanyaspor" 4 qolla qalib gəldi
ABŞ-İran görüşü dalana dirənib - Dövət katibi Türkiyədə görüşdən yayınan Tehrana elə şərt qoydu ki...
Göygölda 40 yaşlı şəxsi kim öldürüb?
"Devalvasiya yaxın illərdə olmayacaq" - Mərkəzi Bank sədri iqtisadçılarla görüşdə belə deyib
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olundu - VİDEO, FOTO (YENİLƏNİB)
Mehriban Ələkbərzadəyə AzTV-də vəzifə verildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rüfət Nasosnu: "Verilişimdə cəmi 6 dəqiqəlik reklam var, 2 saat 24 dəqiqə danışıram"
"Bulvar"ın keçmiş rəhbəri yenidən hakim qarşısına çıxarıldı
"Azercell Telecom"dan sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı - Açıqlama
Xətaidə unikal olay: 42 yaşlı şəxsi təhdid edən 3 nəfər qandallandı
"PARTİYANI QIZIMA CEHİZ KİMİ VERMƏMİŞƏM..." - Fəzail Ağamalıdan deputat övladı ilə bağlı iddialara reaksiya
Rusiyanın neft və qaz gəlirləri iki dəfə azalıb - Rəqəmlər
DİM: "2000-3000 marker müəllim yazı işlərini yoxlayır"
Bakıda azyaşlı qız atasını öldürdü
Agentlikdə kadr dəyişikliyi olub
Kante bu gecə İstanbula gəlir
Deputat: "15 region yaradılmalı, hər regionun özünün məclisi olmalı və..." - MÜSAHİBƏ
Keçmiş hakimin şikayəti təmin edilmədi
Azərbaycana sibir soyuq hava kütləsi daxil olub
Çin və Rusiya liderləri videobağlantı çərçivəsində görüşüblər - GÜCLƏR BİRLƏŞDİRİLİR?
“Kontakt Home” mağazalar şəbəkəsi daha bir müştərini narazı salıb
Məşhur yazıçının pedofil milyarderə mesajı: "Tanrı uydurmadır, gözəl qızlar gerçəkdir"
Milli Məclisdə bələdiyyələrlə bağlı müzakirə aparılacaq
BAKIYA QAR YAĞACAQ - Sabahın hava proqnozu
İmamoğlunun qaynı saxlanıldı - Narkotik ittihamı ilə
Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinə yeni rəis təyin olunub
Bakıda güclü külək - Ağaclar aşıb
İlham Əliyevlə Paşinyan geniş tərkibdə görüşüblər - BƏƏ-də nələr razılaşdırıldı? + FOTOLAR (YENİLƏNİB)
Rejissor: "Filmdə söyüş söymək ola bilər, amma..."
GENERAL İDARƏ RƏİSİ TƏYİN EDİLDİ - Xidmətdə növbəti dəyişiklik
64 yaşlı kişi dəm qazından ölüb
"Ramiz Mehdiyev dedi ki, onun evindəki telefonu kəsin" - "Yeni Azərbaycan" qəzeti tarixi faktları yazır
Abşeron İcra Hakimiyyətində bəzi şöbələr ləğv olunub - Yeni sektorlar yaradılıb, təyinatlar var
İcra başçısı Allahverdi Dəmirovun oğluna yeni vəzifə verdi
Təranə Salıfova icraçı direktorun müavini təyin edilib