Erməni tərəfi səfərbərlik elan etdi - VİDEO

img

06-08-2014 [16:05]


Düşmənlə təmas xəttində baş verən son hadisələr və ermənilərin böyük itkilər verməsi Dağlıq Qarabağda fəaliyyət göstərən separatçı rejimin rəhbərliyini məyus edib.

Məlumata görə, artıq separatçı rejimin "Müdafiə Nazirliyi” Azərbaycanın Milli Ordusu ilə təmas xəttində döyüşmək üçün hərbçi tapa bilmir.

Buna görə də qondarma respublika rəhbərliyi artıq səfərbərlik elan edib. Belə ki, artıq Azərbaycanın işğal altında olan ərazilərində məskunlaşan və yaşı 45-ə qədər olan şəxslər hərbi xidmətə çağırılır.

Qeyd edək ki, erməni televiziyalarından birində yayımlanan sujetdə də Qarabağ döyüşləri zamanı Azərbaycana qarşı vuruşmuş erməni veteranların və digər yaşlı insanların cəbhə xəttində xidmət göstərməsini əks etdirən video nümayiş olunub (Publika.az).




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA