Faiq Ağayev: “Xalqı təşvişə salmayın”

img

06-08-2014 [13:54]


Xalq artisti Faiq Ağayev cəbhə xəttində yaranmış gərginliyə münasibətini vətənpərvər çağırışlı mahnı ilə bildirib.

"Bizim gün” verilinə qonaq olan xalq artisti yeni "Marş çağırış” mahnısını səsləndirib. Ağayev daha sonra cəbhədə yaranmış vəziyyətlə bağlı düşüncələrini bölüşüb: "Bu mahnı son olaylara münasibətimdir. Allah Azərbaycan əsgərini qorusun. Azərbaycan son günlər qəhrəmanlıq salnaməsi yazır. Səngərdə torpaqlarımızı qoruyan, bizim üçün döyüşən əsgərləri salamlayıram.

Azərbaycan əsgəri dünyanın ən güclü əsgəridir. Buradan jurnalistlərə də səslənmək istəyirəm. Xahiş edirəm yalan məlumatlar yaymayın, xalqı təşvişə salmayın, düşməni sevindirməyin. C. Ancaq bayrağımızın şəkillərini paylaşın. Biz dözümlü xalqıq. İmkan verməyin ki, düşmən kənardan baxıb kam alsın”. Qeyd edək ki,”Marş çağırış” mahnısının sözləri A.Qurbani, musiqisi Nailə Mirməmmədliyə məxsusdur.

Şərh Yaz


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA