Ali Məhkəmə daha bir mübahisəli vəziyyət üzrə vahid qərar verdi - İcarə müqavilələri ilə bağlı
13-03-2025 [14:32]
Azərbaycan Respublikası Ali Məhkəməsi vahid məhkəmə təcrübəsinin müəyyən edən daha bir qərar qəbul edib.
Mia.az xəbər verir ki, işin hallarına görə, iddiaçı məhkəməyə müraciət edərək, cavabdeh MMC ilə bağladığı 2018-ci il 1 avqust tarixli icarə müqaviləsinin ləğv edilməsini, həmin müqavilədən irəli gələn borc məbləğlərinin tutulması, icarə obyektinin boşaldılaraq ona təhvil verməsini xahiş edib.
Birinci instansiya məhkəməsi müqavilənin ləğvi tələbi üzrə işin icraatına xitam verib, digər tələblərə mahiyyəti üzrə baxaraq onları qismən təmin edib. Məhkəmə icraata xitam vermə barədə mövqeyini belə əsaslandırıb ki, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu, ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İcarə müqaviləsinin ləğv edilməsi ilə bağlı iddiaçı tərəf 2022-ci il 05 dekabr tarixində cavabdehə iradə ifadəsini bildirmiş olduğundan qeyd edilən hissədə iş üzrə icraata xitam verilməlidir. Bu səbəbdən cavabdeh MMC, əleyhinə yaranmış hüquqi vəziyyətə (ləğv faktının tanınmasına) görə məhkəmə aktından şikayət verib, lakin apellyasiya instansiyası məhkəməsi qərardadı dəyişdirmədən saxlayıb.
Ali Məhkəmənin Kommersiya kollegiyası isə hesab edib ki, məhkəmələr tərəfindən prosessual hüquq normaları düzgün tətbiq edilməyib. Belə ki, hər iki instansiya məhkəməsi müqavilənin ləğvi tələbi üzrə icraata xitam verilməsini MPM-nin 261.0.1-ci maddəsi ilə əsaslandırıblar. Həmin maddəyə görə, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Nəzərə alınmalıdır ki, bu müddəa tərəflər arasında ümumiyyətlə mübahisənin olmamasını və ya iddiaçının xahişinə məhkəmədənkənar bir orqanda, yaxud mövcud mübahisəyə mülki mühakimə icraatı qaydasında deyil, başqa (inzibati, cinayət və s.) məhkəmə icraatında baxılmalı olmasını ehtiva edir. Bu səbəbdən qanunda nəzərdə tutulub ki, məhkəmə həmin əsaslar üzrə icraata xitam verərsə, ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir.
Baxılan işin hallarından göründüyü kimi, tərəflər arasında bağlanmış icarə müqaviləsinin ləğvi ilə əlaqədar mübahisə mövcuddur. Belə ki, iddiaçı müqavilə öhdəliklərinin pozulmasına istinad edərək, onun ləğvinə dair bildiriş göndərib, cavabdeh MMC isə razılaşmanın ləğvinə əsasların olmadığını ifadə edib. Qeyd edilənlər müqavilənin birtərəfli iradə bəyanı ilə ləğvinin gerçəkləşib-gerçəkləşmədiyinə dair tərəflər arasında ixtilafın, mübahisənin olduğuna dəlalət edir. Bu mübahisəni isə həll etmək başqa orqanın deyil, məhkəmənin vəzifəsidir.
Birinci instansiya məhkəməsi müqavilənin ləğvi üçün yalnız bildirişin göndərilməsini həlledici (kifayətedici) fakt kimi qəbul etməsi, cavabdeh MMC-də belə təəssürat yaradıb ki, müqavilənin ləğvi artıq baş tutmuş hüquqi fakt kimi məhkəmə tərəfindən tanınıb. Elə bu səbəbdən hazırkı işdə iddia tələbinə xitam verilməsinə dair qərardaddan iddiaçı deyil, cavabdeh şikayət verib.
Müqavilənin ləğvi məsələsinə icarə obyektinin boşaldılması tələbinə mahiyyəti üzrə baxılacağı zaman qiymət veriləcəyini qeyd edən apellyasiya instansiyası məhkəməsi nəzərə almayıb ki, birinci instansiya məhkəməsinin qərardadı qüvvəyə mindikdə müqavilənin ləğvinin yenidən müzakirə edilməsinin və ona hüquqi qiymət verilməsinin prosessual baxımdan mümkünlüyü ciddi sual doğuracaq. Digər tərəfdən, qətnamədə müqavilənin ləğv edilmədiyi müəyyən ediləcəyi halda məhkəmə aktları arasında ziddiyyətin meydana gəlməsi istisna edilmir.
Müqavilənin əhəmiyyətli dərəcədə pozulmasına görə birtərəfli qaydada məhkəmədən kənar ləğvinin mümkün sayılması, bütün hallarda bildiriş göndərildiyi andan müqavilənin ləğv edilməsi anlamına gəlmir. Bir çox halda müqavilənin ləğvi barədə iradə ifadəsini kontragent qəbul etmir, müqavilənin ləğvi üçün əsasların olmadığını (ləğvetmənin müqaviləyə, yaxud qanuna uyğun həyata keçirilmədiyini və s.) bildirir və həmin xüsusatlarla bağlı mübahisə yaranır. Bu hallarda ortaya çıxan mübahisəni məhkəmə həll etməlidir.
Məhkəmənin həmin məsələni həll etməsi, “müqaviləni məhkəmənin ləğv etməsi”, yəni ləğvin məhkəmə qərarı ilə yaranması anlamına gəlmir. Belə ki, məhkəmə işin hallarına görə müqavilənin ləğvinin qanunvericilikdə nəzərdə tutulan əsaslarla və qaydada gerçəkləşib-gerçəkləşmədiyini təsbit edir. Müqavilənin həqiqətən də məhkəmədən kənar ləğv olunduğunu müəyyən etdikdə məhkəmə, bu hüquqi faktın hansı andan yarandığını əsaslandırır, əgər varsa müqavilənin ləğvindən asılı olan digər tələbləri həll edir. Birtərəfli iradə ifadəsi ilə müqavilənin ləğv edilmədiyi təsbit olunduqda isə məhkəmə bu barədə əsaslandırmış qənaətini ortaya qoyaraq ləğv faktına söykənən tələbləri rədd edir. Bu baxımdan hər hansı mübahisəli hüquqi hadisənin (o cümlədən müqavilənin ləğvinin) baş verib-vermədiyinin müəyyən edilməsi barədə məhkəmə aktı bir təsbit qərarıdır. Məhkəmə təcrübəsində çoxlu sayda işlər mübahisəli halın təsbitinə dair qərarlar verilməklə həll olunur. Məsələn, “əqdin əhəmiyyətsiz sayılması və əşyanın qaytarılması”, “payın müəyyən olunması və ayrılması” kimi iddialara baxılarkən məhkəmə, əvvəlcə tələbin birinci hissəsinə münasibətdə məhz təsbit mahiyyətində qərar verir, ardınca nəticənin tətbiqinə dair ikinci tələbi həll edir. Bu kimi hallarda birinci tələbin mütləq qaydada iddia ərizəsində müstəqil bir tələb kimi göstərilməsi məcburi deyil. Yəni, məhkəmə nəticəyə yönəlik (məsələn, icarə obyektinin boşaldılması, əşyanın qaytarılması və s.) tələbi düzgün həll etmək üçün ilk növbədə bunun əsasında duran hüquqi faktı (məsələn, müqavilənin ləğv və ya etibarsız olub-olmamasını) tərəflər irəli sürməsələr də təsbit etməlidir. Lakin bu hal ona əsas vermir ki, mübahisəli hüquqi hadisənin təsbiti barədə tələbə məhkəmədə baxılmadan xitam versin. Hətta, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Odur ki, tərəflərdən hər hansı birinin mənafeyi baxımından təsbit ehtiyacı yaranan halda “müqavilənin ləğv edilməsi” tələbinə məhkəmədə baxılmalı olmamasına görə xitam verilməsi yuxarıda göstərilən hüquqi mövqelərə uyğun yanaşma hesab edilə bilməz.
Məhkəmə təcrübəsindən məlum olduğu kimi, iddia ərizələrində mübahisəli hüquqi hadisənin təsbiti və onun nəticəsinin tətbiqi barədə tələblərin həm birlikdə (məsələn, müqavilənin etibarsız sayılması və əşyanın qaytarılması), həm də onlardan yalnız biri (misal üçün, müqavilənin etibarsız sayılması və ya əşyanın qaytarılması) göstərilməklə irəli sürülməsi hallarına rast gəlinir. Belə hallarda məhkəmə məsələyə formal yanaşmamalı, təsbit və nəticə xarakterli tələblərin vahid bir mübahisənin tərkib hissələri olduğunu diqqətdən kənarda saxlamamalı, tərəflərin çatmaq istədikləri hüquqi nəticəni müəyyənləşdirməli, onlar arasındakı ixtilafı tam və hərtərəfli araşdırmaqla həll etməlidir. Bu məqsədlə məhkəmə qeyri-müəyyənlikləri (tələb başa düşülən tərzdə ifadə olunmadıqda, ərizədə nəticəyə yönəlik tələb əks olunmadan yalnız təsbit iddiası göstərildikdə və s.) MPM-in 14.1-ci və 167.1-ci maddələrinə uyğun qaydada tərəflərlə müzakirə etməlidir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, vahid bir mübahisəni təşkil edən və tərəflər arasındakı fikir ayrılığına görə məhz məhkəmə tərəfindən təsbit edilməli olan bir halın işdən ayrılaraq ona xitam verilməsi, anoloji işlər üzrə məhkəmə qərardadından çoxsaylı şikayət icraatlarının da açılmasına səbəb olur. Bu isə qanuni əsas və zərurət olmadan həm işlərə baxılması müddətinin uzanması, habelə məhkəmələrin iş yükünün süni şəkildə artması ilə nəticələnə bilər.
Göstərilənlərə əsasən, məhkəmə kollegiyası qərara alıb ki, kassasiya şikayəti təmin edilsin. Apellyasiya instansiya məhkəməsinin qərardadı ləğv edilib və iş yeni apellyasiya baxışına göndərilib.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ və İran rəsmiləri bir-birləri ilə dilləşiblər - Amerika rəsmiləri "Axios" maraqlı məlumat yaydı
Ərdoğan Misir prezidentinə "Togg" hədiyyə etdi
Tahir Kərimliyə ağır itki üz verib
ABŞ Suriyada 5 ardıcıl əməliyyat keçirib
Türkiyədə həbs edilən futbolçunun xanımı: "Onu 30 il cəza alanlarla bir yerdə niyə saxlayırlar?"
Türkiyə Kuboku: "Alanyaspor" 4 qolla qalib gəldi
ABŞ-İran görüşü dalana dirənib - Dövət katibi Türkiyədə görüşdən yayınan Tehrana elə şərt qoydu ki...
Göygölda 40 yaşlı şəxsi kim öldürüb?
"Devalvasiya yaxın illərdə olmayacaq" - Mərkəzi Bank sədri iqtisadçılarla görüşdə belə deyib
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olundu - VİDEO, FOTO (YENİLƏNİB)
Mehriban Ələkbərzadəyə AzTV-də vəzifə verildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rüfət Nasosnu: "Verilişimdə cəmi 6 dəqiqəlik reklam var, 2 saat 24 dəqiqə danışıram"
"Bulvar"ın keçmiş rəhbəri yenidən hakim qarşısına çıxarıldı
"Azercell Telecom"dan sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı - Açıqlama
Xətaidə unikal olay: 42 yaşlı şəxsi təhdid edən 3 nəfər qandallandı
"PARTİYANI QIZIMA CEHİZ KİMİ VERMƏMİŞƏM..." - Fəzail Ağamalıdan deputat övladı ilə bağlı iddialara reaksiya
Rusiyanın neft və qaz gəlirləri iki dəfə azalıb - Rəqəmlər
DİM: "2000-3000 marker müəllim yazı işlərini yoxlayır"
Bakıda azyaşlı qız atasını öldürdü
Agentlikdə kadr dəyişikliyi olub
Kante bu gecə İstanbula gəlir
Deputat: "15 region yaradılmalı, hər regionun özünün məclisi olmalı və..." - MÜSAHİBƏ
Keçmiş hakimin şikayəti təmin edilmədi
Azərbaycana sibir soyuq hava kütləsi daxil olub
Çin və Rusiya liderləri videobağlantı çərçivəsində görüşüblər - GÜCLƏR BİRLƏŞDİRİLİR?
“Kontakt Home” mağazalar şəbəkəsi daha bir müştərini narazı salıb
Məşhur yazıçının pedofil milyarderə mesajı: "Tanrı uydurmadır, gözəl qızlar gerçəkdir"
Milli Məclisdə bələdiyyələrlə bağlı müzakirə aparılacaq
BAKIYA QAR YAĞACAQ - Sabahın hava proqnozu
İmamoğlunun qaynı saxlanıldı - Narkotik ittihamı ilə
Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinə yeni rəis təyin olunub
Bakıda güclü külək - Ağaclar aşıb
İlham Əliyevlə Paşinyan geniş tərkibdə görüşüblər - BƏƏ-də nələr razılaşdırıldı? + FOTOLAR (YENİLƏNİB)
Rejissor: "Filmdə söyüş söymək ola bilər, amma..."
GENERAL İDARƏ RƏİSİ TƏYİN EDİLDİ - Xidmətdə növbəti dəyişiklik
64 yaşlı kişi dəm qazından ölüb