“Asan imza” sistemi niyə çöküb: Kimdir günahkar? - Açıqlamalar (Yenilənib)
04-03-2025 [14:59]
“Artıq bir neçə gündür ki, “Asan imza” sistemi ilə bağlı problemlər yaranıb. Bu problemlə əlaqədar bankların, Dövlət Vergi Xidmətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərindən istifadə etmək mümkün deyil”.
Mia.az xəbər verir ki, bu barədə APA-ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.
Bildirilib ki, “Asan İmza”da yaranmış çətinliklər Dövlət Vergi Xidməti ilə bağlı deyil. Adiyyəti qurumlar bəzi abunələrdə yaranmış çətinliklərin aradan qaldırılması ilə məşğuldur.
Qeyd edilib ki, “Asan İmza” (Mobil imza) - Dövlət Vergi Xidməti və mobil operator tərəfindən verilən və elektron xidmət istifadəçisinin autentifikasiyasını, sənədin elektron imzalanmasını və imzalayan şəxsin şəxsiyyətinin müəyyən edilməsini (identifikasiyasını) təmin edən xidmətdir. “ASAN İmza” (Mobil İD) e-xidmətlərə daxil olan və rəqəmsal imzalar edən zaman kimliyinizi təsdiqləmək üçün sizin mobil identifikasiyanızdır: "“ASAN İmza” bütün mövcud e-xidmətlərdən istifadəni mümkün edir və əslində elektron mühitdə fiziki İD-karta bərabər sənəd kimi sertifikatlara bağlı olan mobil telefon SIM-kartınızdır. “ASAN İmza” ilə siz şəxsiyyətinizi təsdiq edə və sənədlərə rəqəmsal imza ata bilərsiniz".
***
Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz də sosial şəbəkə hesabında “Asan imza”nın çökməsi ilə bağlı problemə münasibət bildirib.
Onun sözlərinə görə, ötən gündən başlayaraq ölkənin bütün identifikasiya sisteminin əhatə olunduğu “Asan imza” sistemində yaranan problemi hələ də aradan qaldırmaq mümkün olmayıb: “Əslində ölkənin bütün identifikasiya sistemi, xeyli sayda vacib biznes və dövlət xidmətləri məhz “Asan imza” üzərində “oturub” desək, yanılmarıq. Yəni çox sayda vergi, bank, mühasibatlıq xidmətlərini əldə etmək üçün mütləq “Asan imza” olmalıdır. İndi təsəvvür edin ki, iki gündür ki, bu sistem işləmir. “Asan imza” vasitəsilə imzalama prosesini başa çatdırmaq , resurslardan və elektron xdimətlərdən istifadə etmək mümkün deyil. Bəzən də sistemin hədsiz yükləndiyi görünür”.
O.Gündüzün sözlərinə görə, adətən “Asan imza”da tez-tez baş verən bu tip problemlər bir neçə saata həll olunardı. İndi isə problemi bir sutkadan çoxdur ki həll edə bilməyiblər: “Görəsən nə baş verib ? Kiber hücummu olub, yeniləmə prosesində səhvlərmi baş verib ? Kimdir günahkar? Xatırladıram ki, “Asan imza” sistemi xarici şirkətə - “Best Solution” şirkətinə məxsusdur. Hələlik nə bu imzanın sahibi “Best Solution” şirkəti , nə də “Asan imza” şəxsi kabinetinin operatoru olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bununla bağlı heç bir açıqlama verilməyib.
Güman ki, şikayətlər də çox olduğundan “Best Solution” şirkəti Çağrı Mərkəzinin 1847 nömrəsini də birdəfəlik xətdən ayırıb, qoşulmaq mümkün deyil. Sadəcə biabırçılıqdır. Prosesin nə qədər çəkəcəyi də bəlli deyil. Bütün bunlar isə doğru bir hal deyil, belə vəziyyət Azərbaycanın indiki inkişaf vəziyyətinə də uyğun olan bir yanaşma deyil”.
Ekspertin sözlərinə görə, mövcud yeni qanunvericiliyin tələblərinə görə “Asan imza” sistemi də kritik infrastruktura aid edilməlidir: “Kritik qurumların siyahıları açıqlanmadığından indiki halda bunu demək də çətindir. Lakin xeyli müddət fəaliyyət göstərməyən bir sistemin yaratdığı problem kütləvi xarakterlidir, bütün ölkə üzrə sahibkarlar və xidmət istifadəçiləri elektron xidmətləri əldə edə bilməyiblər. Sahibkarlar bununla əlaqəli öhdəlikləri yerinə yetirə bilməyiblər, əməkhaqlarını verə bilməyiblər və s. Sahibkarların, biznesin bununla əlaqəli problemlərdən çəkdiyi ziyanları kim ödəyəcək? Ən maraqlısı odur ki, 3 ildir fəaliyyətə başlayan digər rəqəmsal imza, SİMA çox yerə inteqrasiya olsa da, biznes sektoruna inteqrasiyanı başa çatdıra bilməyib. E-qaimə, bütün növ vergi bəyannamələri, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi, əməkhaqları ilə bağlı və s. xidmətləri əldə etmək yalnız “Asan imza” ilə mümkündür.
Görəsən kimlər maraqlıdır ki, imza sektorunda alternativlik, rəqabətli mühit olmasın? SİMA rəqəmsal imzasının sahibkarlıq sektoruna, vergi sisteminə inteqrasiyasının başa çatmaması ilə bağlı da nə “Asan imza” sahibinin, nə Dövlət Vergi Xidmətinin, nə də RİNN-in açıqlamaları indiyədək yoxdur”.
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ və İran rəsmiləri bir-birləri ilə dilləşiblər - Amerika rəsmiləri "Axios" maraqlı məlumat yaydı
Ərdoğan Misir prezidentinə "Togg" hədiyyə etdi
Tahir Kərimliyə ağır itki üz verib
ABŞ Suriyada 5 ardıcıl əməliyyat keçirib
Türkiyədə həbs edilən futbolçunun xanımı: "Onu 30 il cəza alanlarla bir yerdə niyə saxlayırlar?"
Türkiyə Kuboku: "Alanyaspor" 4 qolla qalib gəldi
ABŞ-İran görüşü dalana dirənib - Dövət katibi Türkiyədə görüşdən yayınan Tehrana elə şərt qoydu ki...
Göygölda 40 yaşlı şəxsi kim öldürüb?
"Devalvasiya yaxın illərdə olmayacaq" - Mərkəzi Bank sədri iqtisadçılarla görüşdə belə deyib
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olundu - VİDEO, FOTO (YENİLƏNİB)
Mehriban Ələkbərzadəyə AzTV-də vəzifə verildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rüfət Nasosnu: "Verilişimdə cəmi 6 dəqiqəlik reklam var, 2 saat 24 dəqiqə danışıram"
"Bulvar"ın keçmiş rəhbəri yenidən hakim qarşısına çıxarıldı
"Azercell Telecom"dan sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı - Açıqlama
Xətaidə unikal olay: 42 yaşlı şəxsi təhdid edən 3 nəfər qandallandı
"PARTİYANI QIZIMA CEHİZ KİMİ VERMƏMİŞƏM..." - Fəzail Ağamalıdan deputat övladı ilə bağlı iddialara reaksiya
Rusiyanın neft və qaz gəlirləri iki dəfə azalıb - Rəqəmlər
DİM: "2000-3000 marker müəllim yazı işlərini yoxlayır"
Bakıda azyaşlı qız atasını öldürdü
Agentlikdə kadr dəyişikliyi olub
Kante bu gecə İstanbula gəlir
Deputat: "15 region yaradılmalı, hər regionun özünün məclisi olmalı və..." - MÜSAHİBƏ
Keçmiş hakimin şikayəti təmin edilmədi
Azərbaycana sibir soyuq hava kütləsi daxil olub
Çin və Rusiya liderləri videobağlantı çərçivəsində görüşüblər - GÜCLƏR BİRLƏŞDİRİLİR?
“Kontakt Home” mağazalar şəbəkəsi daha bir müştərini narazı salıb
Məşhur yazıçının pedofil milyarderə mesajı: "Tanrı uydurmadır, gözəl qızlar gerçəkdir"
Milli Məclisdə bələdiyyələrlə bağlı müzakirə aparılacaq
BAKIYA QAR YAĞACAQ - Sabahın hava proqnozu
İmamoğlunun qaynı saxlanıldı - Narkotik ittihamı ilə
Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinə yeni rəis təyin olunub
Bakıda güclü külək - Ağaclar aşıb
İlham Əliyevlə Paşinyan geniş tərkibdə görüşüblər - BƏƏ-də nələr razılaşdırıldı? + FOTOLAR (YENİLƏNİB)
Rejissor: "Filmdə söyüş söymək ola bilər, amma..."
GENERAL İDARƏ RƏİSİ TƏYİN EDİLDİ - Xidmətdə növbəti dəyişiklik
64 yaşlı kişi dəm qazından ölüb