Qoyun, qoç, keçi, təkə, arı ailəsi... - Dövlət Məşğulluq Agentliyi bu şirkətdən 62 milyonluq heyvan alır (YENİLƏNİB)
04-03-2025 [17:57]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Mia.az-ın məlumatına görə, Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Dövlət Məşğulluq Agentliyinin idxal inək, idxal qoyun, idxal qoç, keçi, təkə, arı ailəsi və digər malların alınması və özünüməşğulluq layihəsi çərçivəsində təchizatı işlərinin satın alınması məqsədilə keçirdiyi tender müsabiqəsinin qalibi “Agro Best” QSC (VÖEN – 1405235391) olub.
Agentlik qeyd olunan mallarının alınması üçün qalib şirkətə 62 milyon 146 min 514 manat vəsait ödəyəcək.
Məlumat üçün bildirək ki, “Agro Best” QSC 20 avqust 2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2010 manat olan şirkətin hüquqi ünvanı “Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə, ev 1, m. 48” olaraq göstərilir. Şirkətin qanuni təmsilçisi isə İsmayılov Anar Əlif oğludur.
Qeyd edək ki, “Agro Best” QSC əvvəllər də Dövlət Məşğulluq Agentliyinin keçirdiyi və dəyəri milyonlarla manat olan analoji tender müsabiqələrində qalib olub:
07.05.2021-ci il tarixində – 40 milyon 399 min 280 manat;
27.04.2022-ci il tarixində – 65 milyon 987 min 525 manat;
20.12.2022-ci il tarixində – 4 milyon 140 min 900 manat;
16.03.2023-cü il tarixində – 73 milyon 574 min 800 manat;
09.10.2023-cü il tarixində – 7 milyon 44 min 690 manat;
14.05.2024-cü il tarixində – 66 milyon 854 min 876 manat;
24.10.2024-cü il tarixində – 175 min 538 manat 88 qəpik.
Maraqlıdır ki, dövlət qeydiyyatından keçdikdən qısa müddət sonra milyonlarla dəyəri olan tenderlərin qalibi olan “Agro Best” QSC-nin nəinki veb-saytı, hətta sosial şəbəkə hesabları belə yoxdur.
***
Dövlət Məşğulluq Agentliyi “İdxal inək, idxal qoyun, idxal qoç, keçi, təkə, arı ailəsi və digər malların alınması və özünüməşğulluq layihəsi çərçivəsində təchizatı işlərinin satın alınması” tenderinin nəticələrini elan edib.
Mia.az FED.az-a istinadla xəbər verir ki, tenderin qalibi “Agro Best” QSC (VÖEN: 1405235391) olub.
Tender üzrə ehtimal olunan qiymət 69 552 210 AZN təşkil etməsinə baxmayaraq qalib şirkətə 62 146 514 AZN ödəniş ediləcək.
Qalib şirkət tender üzrə ehtimal olunan dəyərdən nə az, nə çox 7,4 milyon manat az məbləğ uda bilib.
Xatırladaq ki, “Agro Best” QSC 2024-cü il ərzində Dövlət Məşğulluq Agentliyinin daha 2 tenderinin qalibi seçilib. Belə ki, şirkət eyni satınalma predmeti üzrə 24.10.2024-cü il tarixində yekunlaşan tenderdən 175 539 AZN, 14.05.2024-cü il tarixində yekunlaşan tenderdən isə 66 854 876 AZN qazanıb.
Qeyd edək ki, “Agro Best” QSC 2020-ci ildə yaradılıb, nizamnamə kapitalı 2 010 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Nahid Ələkbərov Kamil oğludur. Hüquqi ünvanı AZ1007, Bakı şəhəri Nəsimi rayonu, Feyzulla Qasımzadə, ev 1, m. 48 ünvanında yerləşir.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ və İran rəsmiləri bir-birləri ilə dilləşiblər - Amerika rəsmiləri "Axios" maraqlı məlumat yaydı
Ərdoğan Misir prezidentinə "Togg" hədiyyə etdi
Tahir Kərimliyə ağır itki üz verib
ABŞ Suriyada 5 ardıcıl əməliyyat keçirib
Türkiyədə həbs edilən futbolçunun xanımı: "Onu 30 il cəza alanlarla bir yerdə niyə saxlayırlar?"
Türkiyə Kuboku: "Alanyaspor" 4 qolla qalib gəldi
ABŞ-İran görüşü dalana dirənib - Dövət katibi Türkiyədə görüşdən yayınan Tehrana elə şərt qoydu ki...
Göygölda 40 yaşlı şəxsi kim öldürüb?
"Devalvasiya yaxın illərdə olmayacaq" - Mərkəzi Bank sədri iqtisadçılarla görüşdə belə deyib
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olundu - VİDEO, FOTO (YENİLƏNİB)
Mehriban Ələkbərzadəyə AzTV-də vəzifə verildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rüfət Nasosnu: "Verilişimdə cəmi 6 dəqiqəlik reklam var, 2 saat 24 dəqiqə danışıram"
"Bulvar"ın keçmiş rəhbəri yenidən hakim qarşısına çıxarıldı
"Azercell Telecom"dan sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı - Açıqlama
Xətaidə unikal olay: 42 yaşlı şəxsi təhdid edən 3 nəfər qandallandı
"PARTİYANI QIZIMA CEHİZ KİMİ VERMƏMİŞƏM..." - Fəzail Ağamalıdan deputat övladı ilə bağlı iddialara reaksiya
Rusiyanın neft və qaz gəlirləri iki dəfə azalıb - Rəqəmlər
DİM: "2000-3000 marker müəllim yazı işlərini yoxlayır"
Bakıda azyaşlı qız atasını öldürdü
Agentlikdə kadr dəyişikliyi olub
Kante bu gecə İstanbula gəlir
Deputat: "15 region yaradılmalı, hər regionun özünün məclisi olmalı və..." - MÜSAHİBƏ
Keçmiş hakimin şikayəti təmin edilmədi
Azərbaycana sibir soyuq hava kütləsi daxil olub
Çin və Rusiya liderləri videobağlantı çərçivəsində görüşüblər - GÜCLƏR BİRLƏŞDİRİLİR?
“Kontakt Home” mağazalar şəbəkəsi daha bir müştərini narazı salıb
Məşhur yazıçının pedofil milyarderə mesajı: "Tanrı uydurmadır, gözəl qızlar gerçəkdir"
Milli Məclisdə bələdiyyələrlə bağlı müzakirə aparılacaq
BAKIYA QAR YAĞACAQ - Sabahın hava proqnozu
İmamoğlunun qaynı saxlanıldı - Narkotik ittihamı ilə
Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinə yeni rəis təyin olunub
Bakıda güclü külək - Ağaclar aşıb
İlham Əliyevlə Paşinyan geniş tərkibdə görüşüblər - BƏƏ-də nələr razılaşdırıldı? + FOTOLAR (YENİLƏNİB)
Rejissor: "Filmdə söyüş söymək ola bilər, amma..."
GENERAL İDARƏ RƏİSİ TƏYİN EDİLDİ - Xidmətdə növbəti dəyişiklik
64 yaşlı kişi dəm qazından ölüb