Serdar Ortaça həbs cəzası kəsildi - 10 ay

img

25-02-2025 [12:24]


Qanunsuz mərc oyunlarını reklam etmək və insanları qumara təşviq etmək ittihamı ilə mühakimə olunan məşhur müğənni Serdar Ortaça cəza verilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, bu ittihamlarla 10 ay həbs cəzasına məhkum olunub.

Xatırladaq ki, İstanbul Respublika Prokurorluğunda ifadə verdikdən sonra həbs tələbi ilə məhkəməyə sövq edilən Serdar Ortaç və Mehmet Ali Erbil barəsində ev dustaqlığı qərarı çıxarılmışdı. 

Bu gün Çağlayandakı İstanbul Ədliyyəsinin 25-ci Ağır Cəza Məhkəməsində Serdar Ortaçın “Qanunsuz mərc oyunlarının reklamı və təşviqi” cinayəti ilə mühakimə olunduğu işin ikinci iclası keçirilib: "Məhkəmə Ortaça 10 ay həbs və 400 lirə pul cəzası verib".

Xəbərdə o da deyilir ki, məhkəmə müğəninin ayaqlarının tutulmaısnı nəzərə alaraq hökmün icrasını qeyi-müəyyən müddətə təxirə salıb.

Ləman
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA