İngilis və rus dillərinə çevrilməklə hər press-reliz 150 manat... - Nazirliyin "reklam tenderi" ləğv edildi

img

19-02-2025 [10:07]


Energetika Nazirliyi press-relizlərin yayılması xidməti ilə əlaqədar elan etdiyi kotirovka sorğusu ləğv olunub.

Mia.az Pravda.az-a istinadla xəbər verir ki, qərar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilib.

Bildirilib ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.

Qurum ingilis və rus dillərinə tərcümə olunmaqla ayda 20-30 ədəd press-reliz üçün 5 026 AZN nəzərdə tutub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
15:59 08.10.2025

Paşinyan Belçikaya gedir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA