Memarlıq və İnşaat Universtetinin daha bir tenderi ləğv olunub

img

18-02-2025 [11:28]


“Azərbaycan Memarlıq və İnşaat Universteti” publik hüquqi şəxsin istilik xətti, kabel xətti və kamera sistemlərinin çəkilişi, yenilənməsi və əsas vəsaitlərin istismar vəziyyətinin qiymətləndirilməsi və ləğv olunması ilə əlaqədar elan etdiyi kotirovka sorğuları ləğv olunub.

Mia.az Pravda.az-a istinadla xəbər verir ki, qərarları Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəbul edib.

Bildirilib ki, satınalmalarda iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.

Kotirovka sorğularının toplam dəyəri 69 000 AZN olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA