Bağlanmış bankların əmlakları hərraca çıxarılıb - Siyahı

img

17-02-2025 [17:16]


Fevralın 20-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "Atabank" ASC-nin və “Bank Standard” QSC-nin daşınar və daşınmaz əmlaklarının satışı üzrə hərraclar keçiriləcək.

Mia.az xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

Söhbət "Atabank"a məxsus Şamaxı şəhəri, Şəhriyar küçəsi, 22 ünvanındakı dəyəri 490 min manat olan 279,30 kv.metrlik qeyri-yaşayış sahəsindən, eləcə də “Bank Standard”a məxsus dəyəri 2 740 manat olan müxtəlif daşınar əmlaklardan gedir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA