Ermənilər ölkələrindən qaçmağa başlayıblar

img

01-08-2014 [18:11]


Cari ilin birinci yarısında Ermənistandan 693 min 362 vətəndaş gedib, ölkəyə isə 580 min 548 nəfər geri qayıdıb. 

ANS PRESS-in məlumatına görə, Ermənistan milli statistika xidmətinin rəqəmlərinə istinad edən "Joxovurd» qəzeti altı ay ərzində 112 min Ermənistan vətəndaşının mühacirət etdiyini bildirir. 

"Sərhəd məntəqələrinin göstəricilərini təhlil etdikdə Ermənistan vətəndaşlarının ölkədən mühacirət etməsinin miqyası daha aydın olur. Maraqlıdır ki, 2014-cü ilin əvvəlində Rusiya öz miqrasiya qanunvericiliyində dəyişiklik edib və çox sayda Ermənistan vətəndaşı geri qaytarılıb. Amma buna baxmayaraq mühacirət edənlərin sayı 100 mindən aşağı düşmür”, - deyə "Joxovurd” yazır.

Əslində, Ermənistandan əhalinin köçməsinin əsas səbəbi işsizliklə bağlıdır. İşsiz ermənilər əsasən Rusiyaya üz tuturlar. Əhalini Ermənistandan köçməyə məcbur edən ikinci səbəb isə bahaçılıqdır. Avqustun 1-dən Ermənistanda elektrik enercisinin 10% bahalaşmasının mi qrasiyanı daha da gücləndirəcəyi düşünülür. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA