"Mükafatınız başınıza dəysin!”

img

31-07-2014 [22:47]


Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Amerika Yəhudi Konqresinin 2004-cü ildə ona verdiyi "Cəsarət” mükafatının geri istənilməsinə sərt reaksiya verib. 

ANS PRESS-in məlumatına görə, Vanda seçki kampaniyası çərçivəsində kütlə qarşısında çıxış edən Ərdoğan İsrailin Qəzzada törətdikləri qətliamlara hiddətlənərək "mükafatı başınıza vurun” deyib.

"Bu ara bir şey baş verdi. Amerika Yəhudi Konqresi mənə verdiyi mükafatı geri istəyirmiş. Əgər bu zülmə, bu soyqırıma, bu Hitler faşizminə, uşaqları qətlə yetirən rejimə dəstək verirsizsə, alın mükafatınız başınıza dəysin”, - deyə Ərdoğan bildirib.

Ərdoğan fələstinli körpələrin fəryadlarının inşallah qarşılıqsız qalmayacağını bildirib, o qətillərə göz yuman, dəstək verən zalimlərin də həmin körpələrin gözyaşlarına görə inildəyəcəklərini deyib

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA