Ukraynada daha üç azərbaycanlını güllələdilər - VİDEO

img

31-07-2014 [21:02]


Ukraynada qanlı döyüşlərin getdiyi qərb bölgəsindən yenə də azərbaycanlılarla bağlı həyəcanlı xəbərlər gəlib. 


Ukraynanın Luqansk vilayətində azərbaycanlı öldürülüb. 51 yaşlı Telman Sədi oğlu Cəfərov öz avtomobilində başından güllələnib. İki uşaq atası olan Telman Cəfərov əvvəllər Luqanks vilayətində diasropa fəallarından olub, indiyədək şəxsi fermer təsərrüfatı ilə məşğul imiş. 

Bu barədə ANS TV-ə Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə birinci katibi Asim Osmanov məlumat verib. Onun sözlərinə görə, Luqanksda daha 3 azərbaycanlı Vüqar, Mahir və Ədalət Qəhramanovların güllə yarası aldığı deyilir. 

Asim Osmanov qeyd edib ki, onun əmisi oğlunun verdiyi qeyri-rəsmi məlumata görə, Luqansk vilayətinin Komenko kəndində maşında olarkən atəş açılıb, yerindəcə qətlə yetirilib: "Hazırda Luqanksda yaşayan bütün azərbaycanlılara tövsiyə olunub ki, nisbətən sakit ərazilərə köçsünlər”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA