XİN-dən səfirimizin şok hərəkətinə reaksiya - Birinci və ikinci katibləri döyən diplomat kimdir? (YENİƏNİB)
28-01-2025 [16:05]
Azərbaycanın Yunanıstandakı səfirliyinin birinci katibi Rəhman Şahhüseynlinin vəzifəsindən azad olunması barədə xəbərlər yayılıb. İddialara görə, Yunanıstandakı Azərbaycan səfiri Arif Məmmədov ikinci katib Qafqaz Aslansoy birlikdə Rəhman Şahhüseynlini döyüblər.
Mia.az xəbər verir ki, Modern.az məsələ ilə bağlı Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb.
Qurumun mətbuat katibi Ayxan Hacızadə saytımıza açıqlamasında bildirib ki, Rəhman Şahhüseynli adlı əməkdaş həqiqətən də, Azərbaycan Respublikasının Yunanıstandakı Səfirliyində birinci katib vəzifəsində çalışıb.
"Onun bu vəzifədə çalışdığı müddətdə diplomatik xidmətə zidd olan bir sıra əməlləri ilə bağlı Xarici İşlər Nazirliyinə məlumat əsasında XİN tərəfindən müvafiq xidməti araşdırma aparılıb.
Bir neçə ay ərzində, Rəhman Şahhüseynlidən və digər şəxslərdən izahat alınmaqla aparılmış araşdırma zamanı məlum olub ki, R.Şahhüseynli diplomatik xidmət orqanlarının əməkdaşına uyğun olmayan əməllər törədib. Bununla yanaşı, R.Şahhüseynliyinin şikayətində qeyd etdiyi kimi, onun səfir və digər bir əməkdaş tərəfindən fiziki təzyiqə məruz qaldığı barədə iddialar həqiqəti əks etdirmir. Aparılmış araşdırma və sübut edilmiş faktlar əsasında sözügedən əməkdaş 2024-cü ilin sentyabr ayında səfirlikdən geri çağırılıb və diplomatik xidmətdə fəaliyyətinə xitam verilib. Ümumilikdə, qeyd edilən keçmiş əməkdaşın XİN-də mərkəzi aparatında da çalışdığı müddətdə bəzi xətalara yol verdiyi, bunun nəticəsində ona 2021-ci ilin noyabr ayında töhmət verildiyi məlumdur", - Ayxan Hacızadə deyib.
Qeyd edək ki, səfir Arif Məmmədov bu təyinata qədər Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri vəzifəsində çalışıb. Daha sonra isə Azərbaycan Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri olub.
***
Azərbaycanın Avropa ölkələrindən birində fəaliyyət göstərən səfirliyində biabırçı hadisə baş verib. Etik baxımdan ölkənin adını yazmırıq. Azərbaycana dost ölkə sayılmır.
Mia.az globalinfo.az-a istinadla bildirir ki, səfirliyin Rəhman adlı birinci katibi səfirliyin Qafqaz adlı müşaviri və səfir tərəfindən fiziki zorakılığa məruz qalıb. Yəni döyülüb.
Məsələ bununla da yekunlaşmır. Döyülən şəxs geri qaytarılıb. Hələ üstəlik onu işdən qovublar. Təsəvvür etmək belə çətindir. Diplomatik nümayəndəliyin birinci katibi vəzifəsini tutan şəxsi səfir və başqa əməkdaş döyür, bu azmış kimi, işdən çıxarılır. Belə çıxır, sözügedən səfirliyin öz ədalət prinsipləri və daxili “qanunları” var. Halbuki bu situasiyada döyən şəxs cəzalandırılmalıdır. Əksi baş verib.
Həmin səfir haqda sensasion məlumatlar əldə etmişik. O, vaxtilə Azərbaycanda nəqliyyat sahəsində dövlət qurumunda çalışıb. Rüşvət qalmaqalına görə işdən qovulub. Bir müddət sonra Xarici İşlər Nazirliyinin təqdimatı ilə səfir vəzifəsinə təyin edilib.
Vəkil Zabil Qəhrəmanova daha iki maddə ilə ittiham verilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 2 günlük məzənnəni açıqladı
Kabildə gücvlü partlayış olub - Azı 10 nəfər ölüb
“Qurtuluş” Reabilitasiya Mərkəzi barədə cinayət işi açılıb - Nəsimi Nəbizadə ilə reklam şousu fiaskoya uğrayıb (Yenilənib)
Bakıda oğurluq edən qardaşlar saxlanılıb
İCRA BAŞÇISI DANLANDI - Qalmaqalı video rayon rəhbərinin məzuniyyətindən erkən dönməsinə səbəb oldu (VİDEO)
"Namaz qılıb oruc tutmasam da..." - İcra başçısının müavinin əri qalmaqallı videoya görə üzr istədi
Əli Əsədov qərar imzalayıb - Tibb işçilərinin maaşları ilə bağlı
Qiyas Sadıqovun partiyaya sədrliyi təsdiqlənib
Prezident İlham Əliyev İsveçrədə - FOTOLAR
"Qarabağ" - "Ayntraxt" oyunu: nə qədər bilet satılııb?
Bakıda nəqliyyat hərəkətinə məhdudiyyət qoyulcaq - 20 yanvara görə
Azərbaycan əhalisinin sayı açıqlanıb
İTV-nin Yayım Şurasına yeni namizədlərın adları bəlli oldu - SİYAHI
Çempionlar Liqası: "Qalatasaray" "Atletiko Madrid"lə oyuna hansı oyunçularla çıxacaq?
Alim Qasımov: "Qadınlara araq vermədik, içib sərxoş olalar..."
“Əli və Nino” kitab evinin sahibi “Liv Bona Dea” Hospitalda nələrlə üzləşib? - Şikayət
"Burada pis nə var ki?" - Niyaməddin Musayevdən gecə klublarında oxumasına reaksiya
Ombudsman bəyanat verdi - MƏTN
İCRA BAŞÇISININ MÜAVİNİNİN ƏRİ XALQIN İNANCINI TƏHQİR ETDİ - Xanım məmur bu paylaşıma görə istefa verir? (VİDEO)
Bakıda sulu qar yağacaq - Sabahın hava proqnozu
“Yaponiya, Koreya - hamısı Kitaydır” - Meyxanaçı Balaəli + VİDEO
Deputat maaşlarla bağlı dəyişikliyə izahat verdi
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanında - VİDEO
"Show TV"dən kuryoz qərar: məşhur aparıcı keçmiş ərinə görə kanaldan uzaqlaşdırıldı - "Qurban edildim..."
Suriya Ordusu Tişrin su anbarına nəzarəti ələ keçirib - Açıqlama
Diplomatik korpus nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər
Bakı-Sumqayıt-Bakı sürət qatarının qrafiki dəyişdi
Generalın yerinə təyinat oldu - Rəisə vəzifə verildi
Sabiq icra başçısının oğlu həbs edildi - Məhkəmə qərarı
Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
İspaniyada qatarlar toqquşdu: 39 nəfər ölüb, xeyli xəsarət alan var
İranda aksiya: 3919 nəfər ölüb, 24669 nəfər isə qandallanıb
Elşad Xose həbsdən buraxılıb
İstanbul qara təslim oldu - FOTOLAR
Güclü geomaqnit qasırğası gözlənilir