Vaqif Mustafazadənin zəngin həyat yoluna qısa baxış...
13-01-2025 [19:37]
Vaqif Mustafazadə 16 mart 1940-ci ildə Bakının tarixi yerlərindən biri olan İçərişəhərdə anadan olub.
O, uşaq yaşlarından atasını itirir və bundan sonra anası onun tərbiyəsi ilə məşğul olmağa başlayır.
Vaqifin anası Zivər xanım öz müsahibəsində belə deyirdi: "Bir dəfə Səməd Vurğunun "Vaqif" poemasından bir parçanı onun üçün oxudum. Vaqif onda hələ uşaq idi. 5 yaşı olardı. Sonra o, bu parçanı əzbər deməyə başladı. O vaxt hiss etdim ki, Vaqif böyüyəndə qeyri-adi bir insan olacaq.Sonralarda onun piano arxasında saatlarla çalışması mənim ümidlərimi doğrultdu".
Təsadüfi deyildi ki, ilk musiqi təhsilini anası Zivər xanımdan alan Vaqif Mustafazadəyə mahir pianoçu olan, Azərbaycanın ilk qadın pianoçularından biri, Üzeyir Hacıbəyovun şagirdi Zivər xanım xalq folklor nümunələri ilə yanaşı, klassik bəstəkarların İ.S.Baxın, L.V.Bethovenin, V.A.Motsartın, Ü.Hacıbəylinin və s. əsərlərini düzgün çalmağı öyrədirdi.
Vaqif Mustafazadə 1956 yeddiillik orta musiqi məktəbində təhsil almağa başlayır və 1963-cü ildə Asəf Zeynallı adına Musiqi Texnikumunu bitirir və burada o S.Raxmaninovun, S.Prokofyevin fortepiano və simfonik orkestr üçün konsertlərini, İ.S.Baxın "Prelyüd və Fuqa"larını, V.A.Motsartın sonatalarını böyük ustalıqla ifa edirdi.
Elə həmin ildə Bakı Musiqi Akademiyasına daxil olmuşdur.
Vaqif Mustafazadənin məşhurluq yolu elə burada başlayır. O, burada kiçik konsertlər verir, klublarda çıxış eləyir. O, əsasən klassik caz,oynaq və blyuz mahnılarla çıxış edirirdi. Elə məhz bunların nəticəsində gənc Vaqifi Amerikada, Qərbi Avropada inkişaf edərək,məşhurlaşan "caz" musiqisi özünə cəzb edirdi.
Bundan sonra o, tez-tez radioda caz musiqisi dinləyir, onun sirlərinə yiyələnir. Dövrün tələbinə uyğun olaraq musiqiyə qoyulmuş qadağa qarşısında tab gətirməyən Vaqif Mustafazadə doğma vətəni Azərbaycanı tərk edir.
O, əvvəlcə yolunu Gürcüstanın paytaxtı Tiflis şəhərindən salır və nəticədə Gürcüstan Dövlət Filarmoniyasında «Qafqaz» caz-triosunu yaradır. Ancaq 1964-cü ildən başlayaraq "Orero" ansamblına, 1965-ci ildə"Qafqaz" caz-triosuna, 1970-ci ildə"Leyli" və 1971- ci ildə "Sevil" qadın vokal instrumental və 1977-ci ildə "Muğam" instrumental ansambllarına rəhbərlik etmişdir.
Bunların içində ən çox "Sevil" qadın vokal instrumental ansamblı məşhurlaşmışdır. Ansamblı Vaqif Mustafazadə və onun həyat yoldaşı olan, gürcü əsilli, Azərbaycanın peşəkar caz-muğam tərzində oxuyan ilk qadını Elza Mustafazadə yaratmışdır. O, 1969-cu ildə Azərbaycana qayıtdıqdan sonra 1971-ci il noyabr 1-də Sevil qrupunu yaradır. Həmin illərdə onların ailəsində sonralar "Cazın Şahzadəsi" adlanan Əzizə Mustafazadə dünyaya gözünü açmışdır.
Qrupun adı Cəfər Cabbarlının əsərindən götürülmüşdür. Ansambl 1971-ci ilin dekabrın 31-də ilk dəfə televiziyada çıxış edir və məşhurlaşır.1975-ci ildə ansambl Tiflisdə "Zaqafqaziya baharı" festivalında iştirak edir.
Bundan bir il sonra qrup Varşavada konsert verməyə dəvət olunur.Ansamblın üzvləri yalnız qadın vokalistlər olsa da, Vaqif Mustafazadə qrupu pianoda müşayiət edir və rəhbərlik edirdi.Qrup 1977-ci ildə fəaliyyətini dayandırmışdır. Qrupunun dağılma səbəblərindən biri qrup üzvlərinin şəxsi həyatları ilə bağlı olmuşdur. Ansambl dağıldıqdan sonra Vaqif Mustafazadə "Muğam" caz ansamblını yaratmışdır.O bunlardan sonra 1979-cu ildə əməkdar incəsənət xadimi adına layiq görülür. Vaqif Mustafazadə Tallin-66", "Tbilisi-78", Monte-Karlo festivallarının laureatı olmuşdur.
Vaqif Mustafazadə 1979-ci ildə Monakoda VIII Beynəlxalq müsabiqədə iştirak edir.Ancaq bu festivalın qəribə şərtləri var idi.Beləki Bu festivalın şərtlərinə görə əsərin müəllifi, ifaçısı və ölkəsi gizli saxlanılmalıdır.Festival bitir və onun adı yüzlərlə ad içərisindən qalib kimi çəkilir.
O, Monako caz festivalından doğma vətənə "Ağ royal" mükafatı alaraq qayıdır.Vaqif Mustafazadə Azərbaycan tarixində ilklərədə imza atır, Qərbi Avropada inkişaf etmiş cazla Azərbaycan xalq musiqiləri ilə birlikdə muğamı cazla sintez edir.
Sonda yeni janr "Caz-Muğam" janrı Vaqif Mustafazadə tərəfindən tarix səhifəsinə yazılır. Hətta Vaqif Mustafazadə meyxana söyləyirmiş.Bu haqda məşhur meyxanaçı Nizami Rəmzi öz xatirələrindən
danışarkən söyləyirdi ki, bir gün onlar bir tədbirə yığışırlar,Bu zaman Vaqif Mustafazadənin ad günü olduğundan xəbər tuturlar.Nizami Rəmzi onun ad günü üçün qafiyə tutarkən Vaqif Mustafazadə onun əlindən mikrofonu alır və oda bədahətən peşakarcasına meyxana söyləyir.Hamı təəccüblənir.Çünki Vaqif Mustafazadə sanki uzun illər meyxana söyləyirmiş kimi söyləmişdi.
1979-cu ildə Azərbaycan televiziyasının «Məktəblilərin musiqi klubu» verilişində «Caz və Azərbaycan muğamları» mövzusunda tarixi çıxışını edən Vaqif Mustafazadə bu verilişdən bir gün sonra uzun müddət hazırlaşdığı konsert üçün Daşkəndə qastrol səfərinə gedir və konsertdə ona olan haqsızlığın nəticəsində konsertə sadəcə 6 nəfər gəlir və buna dözə bilməyən Vaqif Mustafazadə səhnədə Əzizəni gözləyərkən" kompozisiyanı ifa edərkən ürək tutmasından vəfat edir Bakıda Yasamal Qəbristanlığında dəfn olunmuşdur.1982-ci ildə artıq ölümündən sonra Azərbaycan Dövlət Mükafatına layiq görülür.Ancaq biz Azərbaycan xalqı olaraq bizim borcumuz Vaqif Mustafazadə ilə fəxr etmək və onun proffisianal musiqilərini gələcək nəsillərə çatdırmaqdır.
Süleyman Süleymanzadə,
Zəkalar liseyinin sagirdi
MİA.AZ
Türkiyə hərbçiləri NATO-nun nəhəng təliminə qatılacaq
"Patron"dan zəhərlənmə şikayətinə maraqlı reaksiya: "Məhsulun içindən xırda daş, başqa şeylər çıxa bilər"
Türkiyədə dənizdə Rusiya-Ukrayna müharibəsində vurulmuş PUA-sı qalığı tapıldı - FOTO
"Sivasspor"da baş məşqçi təyinatı oldu
Deputatın şirkəti il başlar-başlamaz 10,7 milyonluq sifariş alıb – “Azəri Med” hansı qurumların tenderlərini qazanıb?
Ruben Vardanyan Bakıda məhkəmədə - Erməni milyonçu Füzulinin şeirini və Hüseyn Cavidin poemasını oxudu
Qurban Qurbanov: "Futboolçuları ələ almaq, əldə saxlamaq asan deyil"
Agentlik sədrinə birinci müavin və müavinlər təyin edildi - Onlar kimdir? + FOTOLAR
Aqrar Sığorta Fondu satınalma haqqında qanunu pozub?
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
MƏHKƏMƏ RAMİZ MEHDİYEVLƏ BAĞLI QƏRAR VERDİ
"Şamaxı" "Qarabağ"a uduzub
Daha bir qanuna dəyişiklik edilib
"Sülhün əldə edilməsi yalnız ilk addımdır və..." - ABŞ vitse-prezidenti Bakıya gəlir
"Cərrahpaşalı Halit"in "bacı"sı vəfat edib
"Beşiktaş" Vatslav Çerni ilə bağlı açıqlama yaydı
Hava limanənda 27 ədəf xəz dəri məmulatları aşkarlanıb
YENİ NAZİR KİMDİR? - Maraqlı məlumatlar
Prezident İlham Əliyev Qanunu təsdiqləyib
Allahşükür Paşazadə Roma Papası Azərbaycana dəvət edib
NAZİR MÜAVİNİ NAZİR TƏYİN OLUNDU - Sərəncam
Polkovnik Rasim İldırımzadəyə 12 il cəza istənildi
YENİ KOMİTƏ SƏDRİ ŞƏHİD ÖVLADIYMIŞ...
YENİ SƏDR SALEH MƏMMƏDOVUN QUDASINI YOLA SALDI: təyinat oldu - AAYDA-da ilk dəyişiklik + FOTO
Fəzail Ağamalı dəfn edildi - FOTOLAR (Yenilənib)
İsrail hərbçiləri jurnalisti həbs edib
Nazir Ülvi Ələkbərlini yüksək vəzifəyə təyin etdi
PREZİDENT AGENTLİK RƏHBƏRİNİ KOMİTƏ SƏDRİ TƏYİN ETDİ - Sərəncam
Bu çörək növü bahalaşdı - 10 qəpik
Məmur olmaq istəyənlər bu tarixdə imtahan verəcək
"Kinematoqrafiya haqqında" qanun dəyişdi
"Neftçi" brazilyalı futbolçu transfer edib
İran XİN Türkiyəyə təşəkkür edib
Masazır bələdiyyəsinin sabiq sədri amnistiyaya düşdü - Sektor müdir isə məhkəmə zalında həbs edildi
Leyla Əliyeva "Yüksələn işıq" adlı sərgisində iştirak edib - FOTO
Bu şəxslərin təhsili haqqı dövlət tərəfindən ödəniləcək - Yeni qanun
Bakı və rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Ceyhun Bayramov ABŞ Ticarət Palatasının baş vitse-prezidentini qəbul edib - Açıqlama
ONLAR RƏİS TƏYN EDİLDİ - Gömrükdə təyinatlar
Nəriman Axundzadə ABŞ komandasına keçdi - Açıqlama