3 saylı Şəhər Klinik Xəstəxanasında ana ölümü

img

29-07-2014 [11:47]


Azərbaycanda doğuş zamanı daha bir ana ölümü baş verib.

Hadisə 3 saylı Şəhər Klinik Xəstəxanasının doğum şöbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Nuranə Əliyeva doğuş üçün əməliyyata qaldırılıb. Əməliyyat nəticəsində uşaq ana bətnindən götürülüb. Lakin N. Əliyeva narkozdan ayılmayıb(apa).

3 saylı Şəhər Klinik Xəstəxanasının doğum şöbəsindən ANS PRESS-ə fakt təsdiqləyiblər. Lakin ölümün səbəbləri barədə əlavə açıqlama verilməyib.

Xatırladaq ki, həmin xəstəxananın baş həkimi DYP rəisi general Ramiz Zeynalovun qardaşı Fikrət Zeynalovdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA