Şirkət rəhbəri ağır qəza törətdi: ölən var

img

25-07-2014 [14:19]


Bakı şəhərinin Xəzər rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Buzovna qəsəbəsində, Zuğulba prospektinin üzü şəhərə tərəf gələn hissəsində paytaxt sakini, 1978-ci il təvəllüdlü Bəxşi Rasim Rafiq oğlu idarə etdiyi "Wolksvagen Tuareg" markalı, 90 SU 575 nömrə nişanlı avtomobillə piyadanı vurub. Nəticədə piyada, 1991-ci il təvəllüdlü Budaqov Vüqar Heydər oğlu ağır bədən xəsartətləri alıb və təcili tibbi yardım çatmadan keçinib. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Qeyd edək ki, piyadanı vuran avtomobilin sürücüsü Rasim Bəxşi tanınmış iş adamıdır. O, HP şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəridir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA