Siqaret qaçaqmalçıları bir-bir gizlinləri sadalayıblar - MTN-çilərin "tələsi"nə necə düşüblər?
25-01-2017 [19:26]
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin həbs edilən vəzifəli şəxsləri siqaret qaçaqmalçılığı ilə məşğul olan şəxslərə qarşı da qanunsuz əməllər törədiblər.
Mia.az Teleqraf.com-a istinadla xəbər verir ki, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Sahib Qurbanov bildirib ki, Zaur Əzimov, Amil Yusifov ilə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilmiş siqaretlərin satışı ilə məşğul olublar:
“2015-ci ilin yanvar ayında ləğv edilmiş MTN-nin Xəzər rayon idarəsində Amil Yusifova məxsus siqaretlərin saxlanmasından sonra sonuncunun cinayət məsuliyyətinə cəlb olunmaması ilə bağlı danışıq aparmaq üçün həmin idarəyə getmişəm. Orada Heydər İslamov adlı MTN əməkdaşı ilə görüşmüşəm. Həmin vaxt Heydər İslamov mənim də cinayət məsuliyyətinə cəlb olunacağımı bildirərək 40.000 manat məbləğində pul tələb etdi. Mən də növbəti gün Heydər İslamova 40.000 ABŞ dolları məbləğində pul verdim. Bu hadisədən bir qədər sonra MTN-nin Xəzər rayon idarəsinin sabiq rəisi Rafiq Səfərov MTN-nin Binəqədi rayon idarəsinin rəisi vəzifəsinə, Heydər İslamov isə onun müavini vəzifəsinə təyin olundu”.
Zərərçəkmişin sözlərinə görə, 2015-ci ilin təxminən fevral ayında Rafiq Səfərovun rəhbərlik etdiyi əməliyyat tədbirləri nəticəsində Zaur Əzimovla Amil Yusifova məxsus 100 qutu siqaret məhsulları saxlanılaraq MTN-nin Binəqədi rayon idarəsinə aparılıb: “Bundan sonra həmin idarənin Heydər Hacıyev adlı əməkdaşı zəng vuraraq məndə olan 60 qutu siqareti də qısa müddət ərzində MTN-nin Binəqədi rayon idarəsinə gətirərək onlara təhvil verməyimi tələb etdi, əks təqdirdə həbs olunacağım ilə hədələdi. Bundan sonra özümdə olan siqaretlərdən 55 qutusunu apararaq MTN-nin Binəqədi rayon idarəsində onlara təhvil verdim”.
Sahib Qurbanov ifadəsinin sonunda 2011-ci il tarixdən etibarən işlətdiyi nömrəni qeyd edib və bildirib ki, həmin nömrə MTN əməkdaşları tərəfindən dinlənilib.
Digər zərərçəkmiş Zaur Əzimovun sözlərinə görə, Amil Yusifov ilə birlikdə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilmiş siqaret məhsullarının satışı ilə məşğul olub: “2015-ci ilin təxminən fevral ayında ləğv edilmiş MTN-nin Binəqədi rayon İdarəsinin əməkdaşları tərəfindən əməliyyat tədbiri nəticəsində Amil Yusifov həbs edilib və nəticədə bizə məxsus 100 qutu siqaretin saxlanılaraq MTN-nin Binəqədi rayon idarəsinin həyətinə aparılıb. Bundan sonra özümün də həmin idarəyə dəvət olundum. Mənim və Amil Yusifovun cinayət məsuliyyətinə cəlb olunmaması müqabilində 120.000 manat pul tələb olundu. Amil Yusifovun da həmin məbləğdə pulu tanışı vasitəsi ilə MTN-nin Binəqədi rayon idarəsinin vəzifəli şəxslərinə verdi”.
MTN-in Binəqədi rayon idarəsinin sabiq rəisi Rafiq Səfərov bildirib ki, MTN-nin rayon idarəsinin rəisi kimi müstəqil olararaq hər hansı şəxsə məxsus telefon danışıqlarının dinlənilməsi ilə bağlı tapşırıq vərəqi tərtib etməyə səlahiyyətinin olmayıb: “Ona görə də Sahib Qurbanova, Zaur Əzimova məxsus mobil telefon nömrələri üzrə danışıqların dinlənilməsi ilə əlaqədar MTN-nin Antiterror mərkəzi tərəfindən tapşırıq vərəqlərinin tərtib edilərək icraya yönləndirilməsi ilə bağlı təşəbbüs qaldırmışam. Bundan sonra da Sahib Qurbanov və Zaur Əzimova məxsus telefon nömrələri üzrə danışıqların dinlənilməsi ilə bağlı tapşırıq vərəqləri tərtib edilməklə Antiterror mərkəzinin sabiq rəisi Elçin Quliyev tərəfindən imzalanaraq icraya göndərilib”.
Qeyd edək ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və digər şəxslər Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilir.
İran XİN başçısı Səudiyyə Ərəbistanı XİN başçısı ilə danışdı: "Qonşuları düşmən görmürük"
TRAMP İRANI PARÇALANMAQLA HƏDƏLƏDİ, İNGİLTƏRƏYƏ "BARMAQ SİLKƏLƏDİ": "Baş nazir, eşit, bizə artıq bunlar lazım deyil, amma..."
İran İraqın Ərbil şəhərinə çoxsaylı zərbə endirib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
"Beşiktaş" 10 nəfər qalan "Qalatasaray"a "boyun əydi"
Dövlət Departamentinin İranın Naxçıvana dron hücumu barədə bəyanatı... - Rəsmi Bakıdan reakiya
Prezident İlham Əliyev xanımları bir daha təbrik edib - FOTO
Baş nazir Prezident İlham Əliyevə zəng edib: "Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır"
8 Mart – Beynəlxalq Qadınlar Günü haqqında 10 maraqlı fakt
AZƏRBAYCAN QADINI - Qulu AĞSƏS YAZIR
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi