"Azəriqaz" yeni tariflərin tətbiqinə start verdi - Nələr olacaq?
03-01-2025 [12:01]
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin (İB) abonent uçotu sistemlərində (öncədən ödənişli və mexaniki sayğaclar) artıq yeni tariflərin tətbiqinə start verilib.
Mia.az xəbər verir ki, poqram təminatında dəyişikliklər tam tətbiq olunanadək öncədən ödənişli sayğaclar üzrə yanvarın 2-dən alınan qazın dəyəri yeni tariflərlə hesablanaraq növbəti ödənişlərdə nəzərə alınacaq: "Mexaniki sayğaclar üzrə göstəricilər 2025-ci ilin ilk oxunuşunda yeni tariflərə uyğun olaraq hesablanacaq. İstehlakçılar tərəfindən yeni tariflə hesablamalar barədə yaranacaq sual və ya şikayətlərə "Azəriqaz"ın Tarif Komissiyasında müvafiq qaydada baxılacaq".
Qeyd edək ki, Tarif Şurasının qərarına əsasən, əhali üzrə illik istehlak həcmi 1 200 kubmetr olan hissə üçün 1 kubmetr təbii qazın tarifi 0,5 qəpik (yarım qəpik, 4,2 %) artırılaraq 12 qəpikdən 12,5 qəpik həddində, 1 200 kubmetrdən 2 500 kubmetrədək olan hissə üçün 2 qəpik (10 %) artırılaraq 20 qəpikdən 22 qəpik, 2 500 kubmetrdən çox olan hissə üçün 5 qəpik (20 %) artırılaraq 25 qəpikdən 30 qəpik məbləğində təsdiqlənib.
Həmçinin, 1 kubmetr təbii qaz üzrə orta tarif əhali üzrə 1,3 qəpik (8,7 %) artırılıb.
Tarif dəyisikliyindən sonra əhali abonentlərinin orta aylıq xərcinin aşağıdakı kimi artması gözlənilir.
- 48 % abonent üzrə - 32 qəpik,
- 39 % abonent üzrə - 1 manat 43 qəpik,
- 13 % abonent (daha çox istehlak edən) üzrə - 7 manat 46 qəpik.
Göründüyü kimi, əhalinin 48 %-i üçün 1 kubmetr təbii qazın tarifi maksimum aşağı səviyyədə - 0,5 qəpik (yarım qəpik, 4,2 %) artırılıb.
Elektrik istehsalında istifadə olunan təbii qazın tarifi 2 qəpik (12,1 %) artırılaraq 16,5 qəpikdən 18,5 qəpik səviyyəsində, sənaye və kənd təsərrüfatı sahələri üzrə 1 kubmetr təbii qazın tarifi 2 qəpik (9 %) artırılaraq 22 qəpikdən 24 qəpik həddində müəyyənləşdirilib.
Qərar yanvarın 2-dən qüvvəyə minib.
Çin Liviya ilə diplomatik əlaqələri bərpa edib - 10 ildən sonra
Zeynal Nağdəliyev yeni icra başçısını kollektivə təqdim edib - FOTO
Qəzzada ölənlərin sayı 69 185-ə çatıb
Bu ay 4 bürcü böyük sürprizlər gözləyir: pul, karyera və...
Təkcə müğənnilərə 200 min manatdan çox xərcləyən məmur... - Nuri Sərinlədici, Aygün Kazımova, Röya Ayxan və... (FOTO)
Beyləqanda itkin düşən qadının parçalanmış meyiti aşkarlandı
Sabah Bakının iki 2 rayonunun bəzi ərazilərində qaz olmayacaq.
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"AzerGold" rəhbəri "vurulan" sabiq rəisə yenidən vəzifə verdi
“AZART”ın sahibinin bahalı avtomobillərinə həbs qoyulub
Tramp ölkə başçısına məktub göndərdi: "Netanyahunu bağışla!"
Dövlət Baxçalı: "20 əsgərimizin şəhid olması böyük acı yaşatdı"
Vəkili Şərurlu İsfəndiyarın xəstə olduğunu deyir, özünün isə xəbəri yoxdur - Məhkəmə prosesi
Ərdoğan MHP lideri ilə görüşəcək
"İpoteka haqqında" qanun dəyişib - Nələr olacaq?
"Music Gallery" ilə bağlı qalmaqallı məhkəmə işi: vəzifəli şəxs malları qumarda uduzub
Media yazdı, Baş Prokurorluq cinayət işi açdı - Təfərrüat
Prezident icra başçıları ilə görüşdə: "Sizə heç kim qanunsuz tapşırıq verməyəcək, əgər kimsə bu tapşırığı verərsə..."
C-130-dakı 20 hərbçidən 18-nin nəşi və "qara qutu" tapılıb - VİDEO
İlham Əliyev yeni icra başçıları ilə Naxçıvanın rəhbərini qəbul etdi, sərt tapşırıqlar verdi: "Bəzi məmurlar özlərini apara bilmirlər" - FOTOLAR
MN: "Ağdərə və Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək"
"Sudan nümunələr götürülüb" - Abşeron suvarma kanalında minlərlə balıq niyə tələf olub? (VİEO)
Cəbrayılda mağazada alkoqollu içkilər satılır
İlham Əliyev şirkət rəsmilərini qəbul edib - Nələr müzakirə olunub?
KÜRDƏMİRƏ YENİ İCRA BAŞÇISI TƏYİN OLUNDU: o, kimdir? - Sərəncam
Azərbaycanın görkəmli aşıqlarının adları UNESCO-nun yubileylər proqramına daxil edilib
İcra Hakimiyətinin rəsmi saytında bu şəxsin iş nömrəsi niyə göstərilmir? - FOTOFAKT
İstanbulda turistlərə fırıldaq, yoxsa kəskin bahalaşma? - İngilis turist üsyan edir
Sabah hava necə olacaq? - Proqnoz
Yeni Regional Mədəniyyət İdarələri yaradıldı - Fərman
Polad Bülbüloğlu: "Gələn ilin dövlət büdcəsindən kinoya vəsait ayrılmaması düzgün deyil"
Xalq artisti Mənsum İbrahimov Gəncədəki konsertini təxirə saldı: "Türkiyənin şəhidi bizim şəhidimizdir"
75 yaşlı kişi içkidən ölüb - Xırdalanda
SOCAR yeni müəssisə yaradıb
İstanbulda həbs olunan bələdiyyə sədri azadlığa buraxıldı: "Ürəyimin yarısı içəridə qaldı"
XİN açıqlama yayıb
Qəzada şəhid olan pilotla bağlı ürəkdağlayan məqam... - 4 ay sonra ata olacaqdı (FOTO)
Mourinyo klubda narazılıq yaradıb - 6 yeni oyunçu tələb edir
Zakir Həsənov Bosniya və Herseqovinada - FOTO