NƏDƏN QƏZAYA DÜÇAR OLDUN? (Elegiya)
31-12-2024 [10:46]
22 noyabr 2024-cü il! Bu tarix bir dost itkisinin, istedadlı həmkar, dəyərli bir gənc, tanıyan hər kəsin sevimlisi Əlidursun İsayevin avtomobil qəzasında dünyasını dəyişdiyi gündür. 40 gün keçir.
Həmişə onun uğur hekayələrini, fərqli təhsil göstəricilərini paylaşardıq. Bu gün isə...
Nə yazım, nə deyim? Axı, ölüm ona yaraşmırdı! İşləri, arzuları sonsuz idi. Əvvəlki gün iki dəfə danışmışdıq, bölüşmüşdük! Nədən bu faciəyə düçar oldu?! Nədən vaxtsız qəzavü- qədərə tuş gəldi?! Heyif ondan, çox heyif!
TƏRCÜMEY-HALINDAN:

İsayev Əlidursun Feyruz oğlu 1991-ci ildə İmişli rayonunun Məzrəli kəndində anadan olub.
Həmin kənddə orta təhsil alıb. 2009-2013-cü illərdə Gəncə Dövlət Universitetinin tarix-coğrafiya fakultəsində oxuyub.Təhsil illərində Univeristetin və Gəncə şəhərinin ictimai həyatında yaxından iştirak edib. Tələbə elmi işinə görə Univeristet rektorluğunun, "Gəncə şəhəri gənclərin gözü ilə" sorğu-müsahibəsində isə İcra Hakimiyyətinin fəxri fərmanlarını alıb.
2014 -cü tədris ilində MİQ-dən yüksək bal toplayaraq ixtisası üzrə İmişli rayonunun Əliqulular kənd R.Məmmədov adına tam orta məktəbində müəllim kimi əmək fəaliyyətinə başlayıb. 2019-cu ildə İmişli rayon Təhsil Şöbəsinə metodist dəvət edilib və bir neçə aydan sonra isə direktorların işə qəbul qaydalarına uyğun olaraq doğulub boya-başa çatdığı kəndə- İmişli rayon R.Əliyev adına Məzrəli kənd tam orta məktəbinə direktor təyin olunub. Dünyasını dəyişməmişdən bir neçə gün əvvəl isə Regional İdarədə işləməyə başlamışdır.
KİÇİK BİR HAŞİYƏ: Əlidursun müəllim ilk təyinat yerində elə bir hörmət, elə bir izzət qazanmışdı ki, 02 dekabr 2019-cu il tarixdə təyinat yerini dəyişib başqa bir ünvana - R.Əliyev adına Məzrəli kənd tam orta məktəbinə direktor təyin olunanda kollektivi sevinsə də, dərs dediyi, sinif rəhbəri olduğu şagirdlər göz yaşı tökdülər.
Sanki hər bir uşaq düşürdü: Bizim müəllim hara getdi, niyə getdi?!.. Budur öyrənən-öyrədən münasibətlərində əsl sevgi, əsl məhəbbət! Budur yaxşı müəllimliyin ən uca məqamı, ən uca təntənəsi!..
ÖZÜNÜN ZAMANINDA DEDİKLƏRİ: "...Nə gözəl ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyində kadr islahatları davamlı və şəffafdır. Nə gözəl ki, kadr seçmi, kadra münasibət bilik və bacarığa, səriştəliliyə görədir. Yeni təyinatıma görə nazirlikdə kadr siyasəti ilə məşğul olan bütün əməkdaşlara dərin təşəkkürümü bildirirəm. Çalışacağam ki, vəzifə funkusiyamın icrasında məsuliyyətli olum, üzərimə düşən işləri şərəflə yerinə yetirim. Bu arada onu xüsusi olaraq vuruqlamaq istəyirəm ki, məktəb direktoru kimi ilk təyinat yerimdə kollektivin ənənəsindən, yaşanan sağlam ab-havadan, pedaqoji prosesdən öyrəndiklərim hər zaman köməkçim olacaq..."
...Əlidursun müəllim uşaqlıqdan Azərbaycan təbiətinə, onun coğrafiyasına məftun olub. Kürlə-Araz çaylarını köksündə sehrləyən, Millə-Muğana qoynuda qovşaq verən doğma İmişlinin təbiəti, meşə örtüyü, ecazkar gözəllikləri barədə maraqlı düşüncələri, məqalələri var. Apardığı müşahidələr, yazdığı gündəliklər tədris zamanı da onun köməyinə çatırb. Kim bilir, bəlkə də coğrafiya müəllimi olmaqda, peşəsinə sonsuz məhəbbətdə bu təbiət məftunluğu, Vətən-yurd sevgisi əsas olub?! Kim bilir, onu deyə bilmərəm! Onu bilirəm ki, Əlidursun müəllim təpədən-dırnağacan ziyalılığı özündə əks etdirən, ünsiyyətdə olduğu insana sevgi aşılaya bilən, insanlıq məqamında və anlamında yetərli bir gənc kimi təsdiqləmiş insan idi. Bir qədər dərinə gedəndə söylədiklərimin kökündə mükəmməl ailə tərbiyəsi durduğu fikrinə gəlməmək mümkün deyil. Məhz ona görə də bütün uğurlarında ailə tərbiyəsi, valideynlərini şəxsi nümunəsi köməkçi olub.
Mən bu yazını 40 gün onun yoxluğunun acısını yaşayaraq, özümdə güc tapıb yazıram. Hardasa belə bir fikir var: Həyatda hər şey naməlumdur, məlum olan isə ölümdür və o haqqdır! Onun isə ölüm vaxtı, haqqa qovuşmaq zamanı deyildi. Zamansız ölüm təhsil ictimaiyyətini, el-obanı, dostlarını çox sarsıtdı. Hər dəfə onlara gedəndə atası Feyruz kişinin, anansı Şəkər xanımın, gül balalarının, ailə üzvlərinin siziltısı yerə- göyə sığmayıb, ürəyimizi dağlayır! Bütün hissiyyatımızla üzülürük! Hər zaman bu üzüntü, onun parlaq və bənzərziz xatirəsi qəlbimizdı olacaq. Heyif ondan!
Allah rəhmət eləsin!
Ruhu şad, məkanı cənnət olsun!
Səxavət TAĞLAR.
Əməkdar müəllim.
MIA.AZ
Türkiyə hərbçiləri NATO-nun nəhəng təliminə qatılacaq
"Patron"dan zəhərlənmə şikayətinə maraqlı reaksiya: "Məhsulun içindən xırda daş, başqa şeylər çıxa bilər"
Türkiyədə dənizdə Rusiya-Ukrayna müharibəsində vurulmuş PUA-sı qalığı tapıldı - FOTO
"Sivasspor"da baş məşqçi təyinatı oldu
Deputatın şirkəti il başlar-başlamaz 10,7 milyonluq sifariş alıb – “Azəri Med” hansı qurumların tenderlərini qazanıb?
Ruben Vardanyan Bakıda məhkəmədə - Erməni milyonçu Füzulinin şeirini və Hüseyn Cavidin poemasını oxudu
Qurban Qurbanov: "Futboolçuları ələ almaq, əldə saxlamaq asan deyil"
Agentlik sədrinə birinci müavin və müavinlər təyin edildi - Onlar kimdir? + FOTOLAR
Aqrar Sığorta Fondu satınalma haqqında qanunu pozub?
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
MƏHKƏMƏ RAMİZ MEHDİYEVLƏ BAĞLI QƏRAR VERDİ
"Şamaxı" "Qarabağ"a uduzub
Daha bir qanuna dəyişiklik edilib
"Sülhün əldə edilməsi yalnız ilk addımdır və..." - ABŞ vitse-prezidenti Bakıya gəlir
"Cərrahpaşalı Halit"in "bacı"sı vəfat edib
"Beşiktaş" Vatslav Çerni ilə bağlı açıqlama yaydı
Hava limanənda 27 ədəf xəz dəri məmulatları aşkarlanıb
YENİ NAZİR KİMDİR? - Maraqlı məlumatlar
Prezident İlham Əliyev Qanunu təsdiqləyib
Allahşükür Paşazadə Roma Papası Azərbaycana dəvət edib
NAZİR MÜAVİNİ NAZİR TƏYİN OLUNDU - Sərəncam
Polkovnik Rasim İldırımzadəyə 12 il cəza istənildi
YENİ KOMİTƏ SƏDRİ ŞƏHİD ÖVLADIYMIŞ...
YENİ SƏDR SALEH MƏMMƏDOVUN QUDASINI YOLA SALDI: təyinat oldu - AAYDA-da ilk dəyişiklik + FOTO
Fəzail Ağamalı dəfn edildi - FOTOLAR (Yenilənib)
İsrail hərbçiləri jurnalisti həbs edib
Nazir Ülvi Ələkbərlini yüksək vəzifəyə təyin etdi
PREZİDENT AGENTLİK RƏHBƏRİNİ KOMİTƏ SƏDRİ TƏYİN ETDİ - Sərəncam
Bu çörək növü bahalaşdı - 10 qəpik
Məmur olmaq istəyənlər bu tarixdə imtahan verəcək
"Kinematoqrafiya haqqında" qanun dəyişdi
"Neftçi" brazilyalı futbolçu transfer edib
İran XİN Türkiyəyə təşəkkür edib
Masazır bələdiyyəsinin sabiq sədri amnistiyaya düşdü - Sektor müdir isə məhkəmə zalında həbs edildi
Leyla Əliyeva "Yüksələn işıq" adlı sərgisində iştirak edib - FOTO
Bu şəxslərin təhsili haqqı dövlət tərəfindən ödəniləcək - Yeni qanun
Bakı və rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Ceyhun Bayramov ABŞ Ticarət Palatasının baş vitse-prezidentini qəbul edib - Açıqlama
ONLAR RƏİS TƏYN EDİLDİ - Gömrükdə təyinatlar
Nəriman Axundzadə ABŞ komandasına keçdi - Açıqlama