Türk dilinə Kosovoda rəsmi status verilib

img

28-12-2024 [13:57]


Türk dilinə Kosovoda rəsmi status verilib

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Kosovonun mərkəzi hissələrində yerləşən Lipyan Bələdiyyəsi qərar verib.

Bildirilib ki, türk dili, ölkədə xalqın ənənəvi olaraq danışdığı dillərə verilən "rəsmi istifadədə olan dil" statusuna daxil edilib.

Məlumata görə, bu qərar Kosovoda Lipyan Bələdiyyə Şurasında keçirilən iclasda Kosovo Demokratik Türk Partiyasıdan (KDTP) millət vəkili Enis Kervanın qaldırdığı təşəbbüsdən sonra qəbul olunub.

Xatırladaq ki, Lipyan bələdiyyəsinin əhatə etdiyi bölgədə əsasən türklər yaşayır.

Lamiyə Əhmədli 
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA