Hakim "Ramiz dayı”nı "divara dirədi": "Sən işədüzəltmə idarəsində işləyirsən ki?"

img

14-01-2026 [19:42]


Türkiyənin məşhur Ezel" serialında "Ramiz dayı”nın cavanlıq obrazını canlandıran aktyor Ufuk Bayraktar bu gün İstanbulda məhkəmə qarşısına çıxarılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 44 yaşlı "Dayı" ləqəbli aktyor Bəyoğlu rayonunda bir restoran sahibinə "hər həftə 25 min tl verəcəksən", - təhdidində, daha doğrusu, xərac kəsməkdə ittiham olunur.

Məhkəmədə ifadə verən aktyor "xərac" iddiasını qəbul etmədiyini deyib: "Həmin günü içkili idim. O səbəbdən məhəllədə xeyirə-şərə yaramayan, gənclərə iş imkanı yaratmayan restoran sahibinə qəzəblənib, getmişəm. Onu həmin yerdə vurduğumu xatırlamıram. Lakin dediyim kimi, ondan gənclərə iş imkanlar yaratmağı tələb etmək məqsədim olub..."

Bu yerdə hakim aktyora "Sən kimsən axı?! Sən işədüzəltmə məntəqəsində işləyirsən ki?", - sualını verib.

Aylıq bir milyon TL gəliri olduğunu, həmin məhəllədə atasından qalma çay evi işlətdiyini deyən aktyor sualı belə cavablandırıb: "Yaxşı, gənclərə mən də belə dəstək olmasam, kim olacaq, hörmətli hakim?!".

Tərəflərin sual-cavabından sonra hakim iclası 6 may 2026-cı ilə təxirə salıb.

Hüseyn Namazov

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 14.01.2026

Sabah qar yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA