25-07-2014 [15:50]
Dələduzluq, oğurluq maddələri ilə özgənin etibarından sui-istifadə edib külli miqdarda pullar ələ keçirən Asif Vəliyev və Anar Əhmədovun məhkəmə prosesi başa çatıb. Qeyd edək ki, adı bir sıra cinayət hadisələrində adı hallanan Asif Vəliyev xalq artıstı Məleykə Əsədovanın sevgilisi olub.
Publika.az-ın xəbərinə görə, xalq artisti Məleykə Əsədovanın sevgilisi kimi tanınan Asif Vəliyev 2011-ci ildə özgənin etibarından sui-istifadə etməklə dələduzluq cinayəti törədib. O, Yasamal rayon sakinləri Kərəm Abbasovu Dövlət Neft Şirkətinə sürücü vəzifəsinə işə düzəldəcəyinə söz verib, 2300 manat pulunu mənimsəyib, Lalə Babaşovaya isə Türkiyədən avtomobil gətirəcəyinə söz verib, 8.000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Faktla bağlı Yasamal Rayon Polis İdarəsində onun barəsində 178.3.2 (külli miqdarda ziyan vurma) maddəsi ilə cinayət işi başlanıb.
Lakin ağır xəstəliyi ilə əlaqədar barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Az müddətdən sonra onun ev dustaqlığına da xitam verilib. 2013-cü ildə Gürcüstanda polis tərəfindən saxlanılıb. Müəyyən edilib ki, onun barəsində Abşeron rayon məhkəməsinin qərarı ilə həbsi axtarış elan edilib. Bundan sonra A.Vəliyev həbs olunaraq Bakı istintaq təcridxanasına təhvil verilib.
Əvvəllər Cinayət Məcəlləsinin180.2.4-cü (insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə) maddəsi ilə 2 il azadlıqdan məhrum edilən Anar Əhmədov barəsində isə növbəti dəfə 177.3.2-ci (külli miqdarda ziyan vurm) maddə ilə cinayət işi başlanıb. Lakin o, qaçıb gizləndiyindən barəsində axtarış elan olunub. Bir müddətdən sonra tutularaq istintaqa cəlb edilib. Asif Vəliyevlə Anar Əhmədov birləşərək paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsində "Hyundai Sonata” markalı avtomobildən 2500 manat pul, Abşeron rayonu, Novxanı bağları massivində "Audi-Q7” markalı avtomobilin şüşəsini sındırıb oradan da 40000 ABŞ dolları və 24000 manat oğurlayıblar. Beləlikə, Yasamal, Səbail və Abşeron rayonlarında törətdikləri cinayət işləri birləşdirilərək materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
"Dedim ki, Anar, məni bağışla, qumarda uduzmuşam”
Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Asif Vəliyev tanışı Anar Əhmədovla əlbir olub vətəndaşları izlədiyini və ya aldatma yolu ilə onlardan külli miqdarda pul ələ keçirdiyini etiraf edib. Bildirib ki, Anar Əhmədovla qonşudular, Lökbatanda yaşayırlar. Bir gün Anarla birlikdə evə gedən zaman ona oğurluq etməyi təklif edib. Uzun müddətdir ki, "Hyundai Sonata” markalı avtomobil idarə edən şəxsi izlədiyini, onun avtomobilində çoxlu pul olduğunu deyib. A.Əhmədov da Asiflə razılaşıb və külli miqdarda pulu ələ keçirmək üçün plan hazırlayıblar:
"Pulunu oğurladığımız adamı mən şəxsən tanımırdım, sadəcə, bir neçə dəfə "Kaspar” Xəstəxanasınn yaxınlığındakı valyutadəyişmə məntəqəsində pul dəyişəndə görmüşdüm. Anarın "Daevo Nexia” avtomobili ilə onun izinə düşdük. Həmin şəxs günorta saatlarında "Kaspar” Xəstəxanasınn yaxınlığında valyutadəyişmə məntəqəsində pulu dəyişdi. Sonra da maşını Badamdara sürdü.
Bilirdim ki, iş adamıdır və ofisi Badamdarda yerləşir. Ofisin qarşısına çatdıq, o, maşından düşüb ofisə getdi. Anar da gedib-gələni güdürdü və ətrafda heç kimin olmaması barədə mənə işarə verdi. Mən avtomobilin şüşəsini sındırıb 2500 manat pulu götürdüm. Maşına əyləşıb yaşadığım Lökbatan qəsəbəsinə gəldim. Əvvəlcədən Anarla damışmışdıq ki, oğurladığımız pulları yarıbayarı aramızda böləcəyik. Sonra isə yolda mən qərarımı dəyişdim, ona qara qəpik də vermədim. Dedim ki, Anar, məni bağışla, qumarda uduzmuşam və uduzduğum şəxsə 2500 manat pul verməliyəm. Anar da etiraz eləmədi”.
"Məleykə Əsədovaya yalandan subay və imkanlı olduğumu demişdim”
Müttəhim qismində dindirilən Asif Vəliyev xalq artisti Məleykə Əsədova ilə münasibətlərindən də danışıb. Bildirib ki, xalq artisti ilə 2012-ci ildə tanış olub görüşməyə başlayıblar. Hətta onun evinə köçüb birlikdə yaşayıblar. A.Vəliyev özünü ona imkanlı iş adamı kimi təqdim edib və M. Əsədovadan iş qurmaq adı ilə 400.000 manat borc pul alıb. 200.000 manatını isə M. Əsədovanın tapşırığı ilə "Texnikabank”-dan kredit götürüb. Lakin bu müddət ərzində A.Vəliyev nə bankdan götürdüyü krediti, nə də M.Əsədovadan aldığı pulu ödəyə bilib. Bundan sonra aktrisa aldadıldığını başa düşüb:
"Məleykəyə yalandan subay və imkanlı olduğumu demişdim. Amma borclarımı qaytara bilmədiyimə görə, məndən şübhələndi. Sonra da pullarını tələb etməyə başladı”. Lakin həmin ərəfədə A. Vəliyev dələduzluq etdiyinə görə, Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub. 2013-cü ildə isə həbsdən çıxıb. M. Əsədova yenidən pullarını tələb etməyə başlayıb”.
"Asifə görə Məleykə Əsədovanın əsəbləri pozuldu, ürəyində problem yarandı”
Şahid qismində ifadə verən Məleykə Əsədovanın 13 illik köməkçisi Kəmalə Nоvruzova A.Vəliyevi xalq artistinin keçmiş nişanlısı kimi tanıdığını iddia etdi. Onun sözlərinə görə, Asif özünü mömin, düzgün adam kimi qələmə verib biznesmen olduğunu, Dubaydan Azərbaycana satmaq üçün avtomobillər gətirdiyini söyləyib: "Asif tez-tez Məleykə xanımın evində qalırdı. Onda aktrisaya söz verdi ki, xaricdən ona "Mazeratti” və "Mersedess Viana” markalı maşınlar gətirəcək. Bunun müqabilində də ondan böyük məbləğdə pul aldı. Vaxt keçdikcə, Məleykə xanım gördü ki, ona söz verilən avtomobillər gəlib çıxmır və Asifdən maşınları tələb etdi. O da həmişəki kimi min bir bəhanə gətirib onu aldatdı. Artıq Məleykə xanımla Asifin münasibətləri kəskin həddə çatmışdı. Asif başladı ona yalan danışmağa. Dedi ki, maşınların pulunu ona "atıblar”, yəni pulu verdiyi adam onu aldadıb qaçıb. Aradan bir müddət keçəndən sonra Asif haradansa köhnə vəziyyətdə olan "Mazeratti” markalı bir avtomobil tapıb gətirdi. Həmin avtomobili Məleykə xanıma verdi və dedi ki, öz puluma almışam”.
Lakin sonradan məlum olub ki, həmin avtomobil kreditdədir. Asifin isə banka külli miqdarda borcu var. Bunları bildikdən sonra M. Əsədova Asiflə münasibətlərinə son qoyub.
K.Novruzova onu da əlavə etdi ki, M.Əsədova baş verənlərdən sonra Asiflə danışmaq istəmədi. Ona görə də Asifə zəng edib aktrisanın pulunu otələb edib:
"Mən Asifə hər dəfə zəng edəndə xahiş edirdi ki, Məleykə xanıma deyim onu bağışlasın. Sonra biz avqust ayında eşitdi ki, o, Yasamal polisi tərəfindən həbs olunub. Asifə görə Məleykə xanımın əsəbləri pozuldu, ürəyində və səs tellərində problem yarandı”. Uzun müddətdən sonra, yəni 2013-cü ilin əvvəlində Asif Məleykə Əsədovaya zəng edərək həbsxanadan çıxdığını, yenidən onunla barışmaq istədiyini bildirsə də, M.Əsədova da onu bağışlamayacağını deyərək pulunu tələb edib.
"Asif oğurladığı 27000 manatdan mənə cəmi 50 manat verdi”
Müttəhim kürsüsündə əyləşən Anar Əhmədov isə A.Vəliyevlə birlikdə törətdikləri növbəti cinayətdən danışıb. Bildirdi ki, ona məxsus «Daevo-Nexia» markalı avtomobillə növbəti dəfə "Audi-Q7” markalı avtomobili izləyiblər. Yenə də təklif Asifdən gəib:
"Asif mənə dedi ki, "Audi-Q-7” markalı avtomobilin arxasınca gedək. Maşında külli miqdarda pul var. Pulu ələ keçirib aramızda bölərik. Mən də razılaşdım. Maşını sürücünün arxasınca Novxanı qəsəbəsinə sürdüm. Sürücü avtomobildən düşüb bağa, evinə getdi. Mən də Asifə əlimlə işarə etdim ki, heç kim yoxdur, hərəkətə keçsin. Asif maşının şüşəsini sındırıb içərisindən 40.000 ABŞ dolları və 24.000 manat pul olan bağlamanı oğurladı. Təxminən 5 dəqiqədən sonra maşına qayıtdı. Mənə dedi ki, avtomobili Corat qəsəbəsinə sür”. Oraya çatdıqda Anar Asifdən ona çatan məbləği tələb edib. Asif isə Anara 50 manat verib və bildirib ki, avtomobildən 27000 manat pul oğurladı, qalan pulu sonra verəcək. Lakin həmin gün gecə polis tərəfindən tutulduqları üçün ona çatacaq pulu ala bilməyib.
"Avtomobilimdən 40000 ABŞ dolları və 24000 manat oğurlanıb”
Zərərçəkmiş "AUDİ-Q 7” markalı avtomobilin sürücüsü Fərid Abbasov ifadəsində bildirdi ki, 24000 manat əlavə olaraq avtomobilində idi, 40000 ABŞ dollarını birgə iş gördüyü şəxsdən götürüb. Yolda tikinti materialları almışdı və onları ustalara təhvil vermək üçün Novxanı bağlar massivinə gedib: "Pulları maşında saxladım bağa gedim. 10-15 dəqiqədən sonra çıxanda gördüm avtomobilin şüşəsi sınıb, 40000 ABŞ dolları və 24000 manat oğurlanıb”.
"Küçəyə çıxanda gördüm avtomobilimin şüşəsi sınıb”
Zərəçəkmiş qismində dindirilən Azər Həsənov Badamdar qəsəbəsində "Soyuqbulaq” MMC-də sex rəisi işlədiyini həmin pulların da sexə məxsus olduğunu dedi. A.Həsənovun sözlərinə görə, manatı valyutadəyişmə məntəqəsində 50.000 ABŞ dollarına çevirdikdən sonra işə gəlib. Avtomobilin "bardaçokunda” olan əlavə 2500 manatı isə götürməyib: "50.000 manatı götürüb ofisə gəldim. Təxminən 40 dəqiqədən sonra küçəyə çıxanda gördüm avtomobilimin şüşəsi sınıb. "Bardaçokda” olan əlavə 2500 manat pul isə oğurlanıb”.
Beləliklə, şahidlər dindirildikdən sonra məhkəmənin hökmü ilə Anar Əhmədov 9 il müddətinə azadlıqdan məhrum olunub.
M.Əsədovanın sevgilisi Asif Vəliyevin istintaq prosesi isə şahidlərin dindirilməsi ilə davam edir.
Sadettin Saran: "Başını təpiyin altına soxacaq komanda olacağıq"
Mərc oyunlarındakı dələduzluq halları Türkiyə hökumətini hərəkətə gətirdi - 200 mindən yuxarı köçürmələr...
ABŞ-da kilsəyə hücum olub, ölən və yaralananlar var - Tramp, nazir və FTB rəhbərindən açıqlamalar (FOTO)
"Fənərbağça" bu dəfə Baş məşqçiyə nə qədər təzminat ödəyəcək? - Rəqəm "dodaq uçurur"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Onun nəinki sınmağını, hətta bir balaca əyilməyini görmək istəyənlər..." - Misir Mərdanov yazır
"Fənərbağça" "Antalyaspor"u iki qolla məğlub etdi
Prezident və xanımı Gəncədə III MDB Oyunlarının açılış mərasimində - VİDEO, FOTOLAR (YENİLƏNİB)
"Turan Tovuz" "Kəpəz"i xalsız qoydu
Jurnalist söyüş söyən aktyora kəllə atdı - Türkiyədə
BMT-nin İrana qarşı sanksiyaları yenidən aktivləşdi - Qərb Tehrana həm çağırış etdi, həm də hədələdi
Aparıcı ilə müğənni efirdə "qırğın"a çıxdı - VİDEO
Bayrağımızda səhv etdilər - Anım Günü ilə bağlı (FOTO)
Türkiyədə zəlzələ olub - 5.4 bal gücündə
"Rusiyaya ən ağır zərbələri vuracağıq" - Zelenski
III MDB Oyunlarının Media mərkəzi fəaliyyətə başlayıb
Aşqabaddan İstanbula uçan təyyarə Bakıya məcburi eniş edib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Amerikalı nazir: "Azərbaycanın böyük enerji ehtiyatları var və..."
Misir prezidenti: "İsraillə müharibəyə girə bilmərik"
GENERAL VƏZİFƏDƏN AZAD EDİLİB - Fərid Əsgərov əmr imzalayıb
İntim videoları ilə məşhurlaşan FHN-nin polkovnikinə "yox" deyildi
Prezidentin əlindən tutduğu Nilay: "Soruşdu ki, harada qalıram?" - VİDEO, FOTOLAR (YENİLƏNİB)
İkinci Şəhidlər xiyabanının adı dəyişib - Açıqlama
Yol (esse)
General Mais Bərxudarov uzun müddət sonra göründü - FOTO
Prezident Gəncədə: Anım Günü qeyd edildi, Memorial Kompleksi, Avtoparkın, stadionun açılışları oldu - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Yevlaxda - Açılış + FOTOLAR
Azərbaycanda bir dəqiqəlik sükut olub
Ombudsman bəyanat yaydı - MƏTN
Prezident İlham Əliyev ABŞ-dan Vətənə dönüb
Azərbaycan xalqı Anım gününü qeyd edir - Dövlət və hökumət rəsmiləri Zəfər parkında + FOTOLAR (YENİLƏNİB)
Azərbaycan nefti 74 dollara satılır
Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım - FOTO
Prezidentdən Anım Günü ilə bağlı paylaşım - FOTO
Bu gün ANIM GÜNÜdür
Lamine Yamalın keçmiş sevgilisindən şok iddia: "Onun seksual qızlardan ibarət "ordu"su var, qrafikə uyğun..."
Mauro İkardi qol atdı, "Qalatasaray" qalib gəldi
Ərdoğan Britaniyanın Baş naziri ilə müzakirə aparıb - Telefonda
Ermənistan vətəndaşları Bakıda hakim qarşısında: Aprel döyüşləri ilə bağlı sənədlər elan olunub
Qəzzada yardım gözləyən 24 nəfər öldürülüb
“İmişli” və “Zirə” bir xala razılaşıblar
CHP Gürsel Təkini partiyadan qovub
Nazirlikdən hava şəraiti ilə bağlı əhaliyə - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı