İstefa verən deputat bu partiyaya keçib - FOTO

img

25-12-2024 [14:39]


Bir neçə gün əvvəl sabiq Baş nazir Əhməd Davudoğlunun sədrlik etdiyi Gələcək Partiyasından istefa verən Ankaradan deputat Nedim Yamalı siyasi mövqeyini müəyyənləşdirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, prezident Ərdoğanın lideri olduğu AK Partiyaya keçib.

Məlumata görə, bu gün Ərdoğan partiyasının parlamentdəki fraksiya üzvləri ilə görüşdə onu qəbul edib və şəxsn partiya nişanını yaxasına taxıb.

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA