İSRAİL SURİYADAN NƏ İSTƏYİR, yaxud TÜRKİYƏ İLƏ TOQQUŞMA OLACAQ? - TƏHLİL
10-12-2024 [17:11]
Suriyada Bəşər Əsədin devrilməsindən sonra sürətli siyasi yenidənqurma prosesinə start verilib. 2012-ci ilin iyunundan avqustuna qədər Suriyanın baş naziri, 2011-2012-ci illərdə kənd təsərrüfatı və aqrar islahatlar naziri olmuş Riyad Hicabın ölkənin keçid hökumətinin başçısı olacağı açıqlanıb.
Suriyanın yeni administrasiyası keçid prosesindən sonra siyahıyaalma, yeni konstitusiyanın yaradılması və azad seçkilərin keçirilməsi ilə bağlı yol xəritəsini açıqlayacağını bildirib.
Diqqətçəkən məqam Bəşər Əsədin devrilməsinə baxmayaraq, İsrail ordusunun Suriyanın cənubunda hərbi əməliyyatlar keçirməsidir. Belə ki, İsrail ordusu Qolan təpələrindən Suriya ilə sərhəddəki bufer-zonaya irəliləyib və bura əlavə qüvvələr cəlb edib, həmçinin mütəmadi olaraq Suriya ərazisinə zərbələr endirir. İsrailin xarici işlər naziri Gideon Saar bildirib ki, İsrail Suriyanın ağır silah anbarlarına hava hücumlarını gücləndirəcək və Əsədin devrilməsindən sonra Təl-Əvivə mümkün təhlükələri dəf etmək üçün məhdud hərbi varlığını davam etdirəcək. Saar qeyd edib ki, İsrail kimyəvi və uzaqmənzilli raketlər kimi strateji silah sistemlərinə hücum edir ki, ekstremistlərin əlinə keçməsin.
Aydın məsələdir: İsrail Suriyadakı hadisələri ümid və narahatlıqla izləyir, son illərdə Yaxın Şərqdə baş verən ən mühüm strateji dəyişikliklərdən birinin nəticələrini qiymətləndirir. Əsədin devrilməsi ABŞ, Türkiyə, İsrailin ortaq hədəfi olsa da, Suriyanın yenidən formalaşması prosesində bu üç ölkənin fərqli maraqların olduğu bəllidir.
İsrail Türkiyənin nəzarətində olan Suriyanı özünə təhdid olaraq görür. Buna görə də Suriyanın unitarlığının federativ sistemlə əvəzlənməsini istəyir. Bu baş verərsə, Təl-Əviv Dəməşqin işlərinə qarışa biləcək. Həm də bu yolla İsrail Türkiyənin Suriyada təkbaşına nüfuz əldə etməsinə maneə olacaq.
“Heyət Təhrir əş-Şam” (HTŞ) qruplaşması və Suriya Milli Ordusuna (SMO) bağlı sünni qruplar Türkiyənin yanındadır. İsrail də vəziyyətdən istifadə edib kürdlərə, druzlara muxtariyyət əldə etmək istəyir. Əslində, İsrail vaxtilə İraqda kürdlərə verilən muxtariyyətin bənzərini druzlar və kürdlərə verilməsini istəyir. Prinsip də, proses də ona doğru gedir. Xüsusilə kürd məsələsi həm də ABŞ-ın maraqlarına uyğun olduğu üçün Vaşinqton bunu dəstəkləyəcək.
Burada “druz kartı” çoxları üçün yeni ola bilər. Druzlar şiəliyin ismailiyyə qolundan çıxan və Fatimi xəlifələrindən olan əl-Həkim bi Əmrillahın vəziri Həmzə ibn Əlinin əsasını qoyduğu təriqətdir. Druzlara mənsub olanlar əl-Hakim bi-Amrillahın ilahiliyinə inanırlar. Təriqəti sistemləşdirən Həmzə ibn Əli bu məzhəbin peyğəmbəri olduğunu iddia edirdi.
Druzlar əsasən Livan, Suriya, İordaniya və İsraildə yaşayır. Xüsusilə İsraildə yaşayan druzlar təşkilatlanmağı, döyüşməyi yaxşı bacarırlar. “Hizbullah”ın da ən çox başını ağrıdan qrup məhz druz xüsusi təyinatlılarıdır. Hətta “Hizbullah”ın bir sıra strateji fiqurlarını son əməliyyatlarda druzlar sıradan çıxarıb.
Nəticə etibarilə İsrail vahid və güclü Suriya istəmir. Bunun əvəzinə bölünmüş və ya bölünməyə meyilli zəif Suriyanı arzulayır.
Turan Rzayev
MİA.AZ
Fələstin İdarəetmə Komitəsi yaradıldı, rəhbıəri müəyyənləşdi - Üç ölkə birgə bəyanat yaydı
Ümit Karan Hava limanında saxlanılıb
Sevinc Osmanqızı və daha iki nəfər həbs olunub - TƏFƏRRÜAT
CEYHUN BAYRAMOVUN QARDAŞI YENİ VƏZİFƏYƏ TƏYİN EDİLDİ - Azər Bayramov Mikayıl Cabbarovun müavini oldu
"Qalatasaray"ın futbolçusu: "Çox peşmanam"
Milli komandaya tətbiq olunan sanksiya ləğv olundu
Qumralla aparıcı arasında dava düşdü - VİDEO
BÖLGƏ ADDIM-ADDIM XAOSA GEDİR - İran Türkiyə və daha iki ölkəni hədələdi: "Ölkənizdəki ABŞ bazalarını vuracağıq"
"Fənərbağça"nın hücumçusu "Everton"a "yox" dedi
Bakıda ana qızını bıçaqladı
Hakim sevgilisini güllələyən prokuror həbs edildi - İstanbulda gizli sevgi iki vəzifəli şəxsin karyerasını bitirdi (FOTO)
XİN sözçüsündən TRIPP icrası üzrə çərçivə sənədini şərh: "Bu, əməli işlərə başlamaq üçün mühüm addımdır"
Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşüb - Açıqlama + FOTO
Bolqarıstanda hökumət böhranı yaranıb - Ölkə yenidən seçkiyə gedir
İlham Əliyev "Mədəniyyət Konsepsiyası"nı təsdiqlədi - Nələr olacaq?
Prezident İlham Əliyev sərəncam imzalayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prezident İlham Əliyev iki sazişi təsdiqlədi
Bakıda beynəlxalq konfrans keçiriləcək - Hindistanın etnik azlıqlara qarşı repressiv siyasəti ilə bağlı
İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, "Həmkarlar" dəstək verdi - Görəsən AHİK belə hallarda hansı addımı atar?
Himayəçilik Şurasının tərkibi dəyişdi - Kimlər gəldi, kimlər getdi?
Əli Əsədov sərəncam imzaladı
Partiya sədri "ChatGPT"dən özünə "qadın müavin" götürüb
Azərbaycan Beynəlxalq Bankından 781 milyon depozit geri çəkilib
İrandakı etirazlara Azərbaycanda nəcə baxılır? - TƏHLİL
İsrail ordusu İordan çayının Qərb sahilində həbslərə başlayıb
Baha və ucuz məhsullar... - Statistika Komitəsi məlumat yaydı
“Best Beef”un servelat kolbasasında zəərli maddələr var?
Türkiyə universitetlərinə imtahan: sənəd qəbulu başlayıb
Bu bankların əmlakları hərraca çıxarıldı - Siyahı + Qiymət
Sosial şəbəkədə profilləri ələ keçirmək istəyən haker qandallandı
"4 obyekt üzrə tikinti norma və qaydalarına riayət edilməyıb" - Palatanın tələbi icra olunub
Jurnalist Kamil Həmzəoğluya ağır itki üz verib
"Xankəndi" komandasında baş məşqçi dəyişib
“Bravo”da 53 manat, “Neptun”da 26.7 manat, xaricə isə 14 manata... - Anormal qiymət siyasəti + FOTOLAR
Mərkəzi Bank "Fizza Pay" MMC-yə məcburi göstəriş verib
Sabah qar yağacaq