Azərbaycanlı uşağın cihada çağırışla bağlı silahlı videosu yayıldı (VİDEO)

img

23-07-2014 [14:44]


Suriyada azərbaycanlı uşağın video görüntüsü yayılıb. Həmin görüntüdə azərbaycanlı kimi təqdim edilən azyaşlı uşaq dini mahnı oxuyur.

Azyaşlının oxuduğu mahnı cihadla bağlıdır. Görüntüdə həmçinin azyaşlının əlində avtomat silah tutduğu və mahnını oxuyub başa çatdırdıqdan sonra "Təkbir” deyərək "Allahu Əkbər” söylədiyi görünür.

Bu gün Suriyada Azərbaycandan olan xeyli sayda azyaşlı var. Onlar Suriyada döyüşlərə qatılan azərbaycanlıların övladlarıdır. Video görüntüsü yayılan uşaq isə Suriyada vuruşan azərbaycanlıların əmiri "Muhammed” ləqəbli döyüşçünün övladıdır.

Həmin uşaq azərbaycanlı döyüşçülərin əhatəsində əvvəllər də görüntülənib(Apa).




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA