Bakıda beynəlxalq oyun festivalı keçiriləcək

img

27-11-2024 [14:00]


Bakı İdman Sarayında dekabrın 8-də “Gamesummit Winter 2024” video oyun və cosplay pərəstişkarları üçün bu qışın ən parlaq tədbirlərindən biri təşkil olunacaq.

Mia.az-ın məlumatına əsasən, əvvəlki festivallarda olduğu kimi, bu dəfə də müxtəlif yarışların keçirilməsi nəzərdə tutulub. Fortnite, EA FC25, PUBG Mobile, Mortal Kombat 1 və Tekken 8 oyunları üzrə çempionatla yanaşı, festival ziyarətçiləri matçların şousunu da izləyə biləcək, ölkənin aparıcı universitetlərini təmsil edən komandalar səhnədə mübarizə aparacaqlar.

Festivalda həmçinin, yeni oyun ideyaları şansının yaradılması, Azərbaycan oyunlarına xüsusi diqqət yetirilməsi və onların nümayişi planlaşdırılıb.  

Böyüklər və uşaqlar üçün stolüstü oyunlar üzrə yarışların keçiriləcəyi bu festivalda iştirakçılar əfsanəvi oyunlar oynayaraq nostalji hissini yaşayacaq, eyni zamanda ən son texnologiyalarla tanış ola biləcəklər.

Biletləri rəsmi saytda bu linkdən əldə etmək olar:

https://iticket.az/events/other/game-summit-2024/128866


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA