Əliyar Ağayev UEFA Avropa Liqasının oyununa təyinat alıb

img

26-11-2024 [09:55]


Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının oyununa təyinat alıb.

Mia.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Macarıstanda yerli “Ferentsvaroş” və İsveç təmsilçisi “Malmö” arasında keçiriləcək V turun matçını idarə edəcək.

Ə.Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

Noyabrın 28-də Budapeşt şəhərində yerləşən “Ferentsvaroş” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA